Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsi davam edir.

Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, II mərhələ lisey və gimnaziya seçimi avqustun 25-də saat 15:00-da başa çatacaq.

Boş qalan yerlər üçün www.sy.edu.az portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.

Bənzər yazılar