Bu gün uğursuz nəticə göstərmiş müəllimlər üçün təkrar sertifikasiya imtahanı keçirilmişdir.  

Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli danışıb.

“İmtahanda 1 939 müəllim iştirak etmişdi. Yaşı 60-dan aşağı müəllimlərin bu gün keçirilən imtahanda davamiyyəti 93 % təşkil edib. Ölkə ərazisində 4 şəhərdə həyata keçirilmişdir”.

N.İsmayılbəyli əlavə olaraq bildirib ki, iştirakçılar hansısa şübhəli məqamla bağlı appelyasiyaya müraciət edə bilər.

Bənzər yazılar