Məlum olduğu kimi, sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Bəs həmin müəlllimlər yenidən öz fəaliyyətlərinə davam edə bilərmi?

Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Müəllimlərin sertifikatlaşdırılması” mövzusundan danışarkən sözügedən məsələyə aydınlıq gətirib.

O, bildirib ki, sertifikatlaşdırmadan kəsilən təhsilverənlər yenidən müəllimlərin işə qəbulu imtahanlarında iştirak edə bilər.

Bənzər yazılar