Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.

Təhsil İnstitutundan  bildirilib ki, test imtahanı ölkə üzrə 4 şəhər olmaqla 13 imtahan mərkəzini əhatə edib. Test imtahanında 1 939 müəllim iştirak edib. İmtahanda 93 faiz davamiyyət qeydə alınıb. Sertifikatlaşdırılma qaydalarına edilmiş dəyişikliyə əsasən, 60 və daha yuxarı yaşda olan müəllimlərin prosesdə iştirakı könüllü olub. Sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetinə göndərilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanı nəticələri ilə tanış ola bilərlər.

Müəllimlər test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlərini avqustun 31-i saat 18:00-a qədər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaq.

Bənzər yazılar