Peşə təmayüllü siniflər ümumtəhsil məktəblərində 4 ildən çoxdur ki, fəaliyyət göstərir.

Mektebgushesi.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov noyabrın 30-da keçirilən brifinqdə deyib. O bildirib ki, bu gün 200-dən çox məktəbdə peşə təmayüllü siniflər var.

“Həmin məktəblərdə 4 mindən çox tələbə var. Növbəti illərdə peşə təmayüllü məktəblərin sayının 600-ə çatdırılması planlaşdırılır”, – deyə Ceyhun Kərəmov qeyd edib.

Bənzər yazılar