Dünyanın ən reytinqli ali təhsil və elm mərkəzlərindən olan Harvard Universitetinin rektoru Klodin Qey istefa verib.

Mektebgushesi.az-a xəbər verir ki, bu barədə universitet özü məlumat yayıb.

Bildirilib ki, “Harvard”ın ilk qaradərili rektoru olan Klodin Qey bir müddət əvvəl yəhudilərə qarşı keçirilmiş etiraz aksiyası səbəbindən vəzifəsindən ayrılıb. Aksiyadan sonra ABŞ Konqresində aksiyaları keçirən tələbələrin təhsil aldığı universitetlərlə bağlı tənqidlər səsləndirilmişdi. Təzyiqlərlə üzləşən rektor istefa vermək qərarına gəlib.

O, açıqlamasında Harvard Universitetinə daha çox ziyan dəyməməsi üçün bu addımı atdığını bildirib.

Bənzər yazılar