Lənkəran Dövlət Universitetində (LDU)  bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi günlər üzrə iki növbədə keçirilir.

Universitetdən Mektebgushesi.az-a bildirilib ki, ötən sessiyadan tələbələrə imtahan günlərini və suallarını elektron qaydada seçmək imkanı yaradılıb. İmtahan nəticələri universitetin rəsmi saytında(www.lsu.edu.az)  yerləşdirilir.

Gördüyünüz  video kadrlar və şəkillər LDU-nun Təbiyyat fakültəsində, riyaziyyat və informatika müəllimliyi III tədris ili tələbələrinin  proqlamlaşdırma dilləri fənni üzrə keçirilən şifahi imrahanında lentə alınıb. İmtahan biletləri real rejimdə kompüterdə formalaşdırılaraq çap edilir, tələbələr biletdə olan suallara uyğun proqram tərtib edirlər.

Qeyd edək ki, imtahanlar 1.02.2024-cü il tarixinədək davam edəcək.

Bənzər yazılar