Ekspert bu fikirlərin mətbuata çıxarılmasını tələsik addım kimi qiymətləndirir:

“Yaxşı olar ki, orada əvvəlcə insanların məskunlaşması məsələsi qaldırılsın. Ondan sonrakı dövr üçün texniki peşə məktəblərinin baza strukturu formalaşsın. Amma bildiyimə görə, Qarabağ Universitetinin nəzdində həm də kolleclər olacaq ki, oradan bakalavrlar yetişəcək. Eyni zamanda Qarabağ Universitetinin nəzdində texniki-peşə məktəblərinin qurulması da nəzərdə tutulub”.

Məzahir Məmmədli son günlər Qarabağ Universitetinin yaranması ilə bağlı böyük canlanma olduğunu bildirib:

“Bu onunla bağlıdır ki, bazası olan yerdə bir universitet qurulur. Oranın az da olsa, maddi-texniki bazası var. Əlavə işlər görmək, yataqxana şəraitini yaxşılaşdırmaq, digər strukturları, kadr potensialını müəyyənləşdirmək kimi məsələlər qalıb ki, onlar da həll olunacaq”.

Bənzər yazılar