Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlayıb.

Bu barədə Mektebgushesi.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən region kolleclərində keçirilən monitorinqlər davam edir. Martın 27-də Agentliyin Orta ixtisas təhsil müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə monitorinq keçiriblər.
Monitorinq zamanı EATDA-nın nümayəndələri tələbələrlə görüşüb və kollecin maddi-texniki bazası ilə tanışlıq olublar. Həmçinin müəssisədə tədrisin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun təşkili yoxlanılıb.

Bənzər yazılar