Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı Şəhər Nəsimi Rayon T.Həsənov adına 23 saylı orta məktəbdə aşağı sinif şagirdləri arasındakı insidentə münasibət bildirib.

Mektebgushesi.az xəbər verir ki, qurumdan qeyd olunub ki, hadisə ilə bağlı məlumatlıdırlar:

“Hazırda agentliyin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da həmin təhsil müəssisəsindədirlər.

Hüquq-mühafizə orqanlarına məlumat verilib, birgə araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Bənzər yazılar