2018-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüş yaponiyalı alim Tasuku Honjo alim olmaq üçün lazım olan 6 keyfiyyət barədə fikirlərini paylaşır:
“Elmlə məşğul olmaq üçün mən həmişə şagirdlərimə deyirəm: Əgər onların Marağı yoxdursa, elm sahəsində karyera seçməməlidirlər. Müxtəlif cür alimlər var. Həqiqətən bilmək istədiyinizi öyrənmək həmişə vacibdir.
Tədqiqatı naməlum suyu tapmaq üçün dağların dərin mağaralarına səyahət kimi təsəvvür edin. Bəzən getdiyiniz yolda maraqlı bir daş tapırsınız, geriyə dönərkən diqqətlə araşdırdıqda onun çox qiymətli olduğunu öyrənirsiniz. Mənim fənlə məşğul olmaq üslubum tamamilə bilinməyən bir şey tapmaq və ya suyun çıxdığı naməlum mağaraya tamamilə yeni bir marşrut təyin etməkdir. Nə etmək istədiyinizi deyil, nə öyrənmək istədiyinizi soruşmağa davam etməlisiniz. Siz Çağırışları qəbul etməlisiniz, öz səylərinizi və vaxtınızı sərf etməyə Cəsarət etməlisiniz. Bu üç amil (Maraq, Cəsarət, Çağırışlar) mənim tədqiqat karyeramın əsası idi. Layihə ilə bağlı qərar verdikdən sonra daha üç amil tələb olunur. Əlbəttə ki, araşdırmalarınızı böyük diqqətlə davam etdirməlisiniz.
Layihə ilə bağlı qərar verdikdən sonra daha üç amil tələb olunur. Əlbəttə ki, araşdırmalarınızı böyük Diqqətlə davam etdirməlisiniz. Konsentrasiya tədqiqatın öz həyatınızda aparıcı, aktivlik kimi yer alması deməkdir, bəzən öz məqsədinizə hədəflənmək üçün digər vacib işlərin qurban verilməsi deməkdir. Bundan başqa, araşdırmalarınızda Davamlı olmaq və öz işinizi edə biləcəyinizə İnam lazımdır. Və ya əksinə ola bilər. Konsentrasiya və Davamlılıq sonda İnam yarada bilər. Son üç amil də ilk 3 amil kimi vacibdir”.

Bənzər yazılar