Elm və təhsil naziri Emin Əmrullayev 19 aprel tarixində Samux rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib.

Bildirilib ki, qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 15 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Bənzər yazılar