Aprelin 17-də Yağşıgəldi Kakaev adına Beynəlxalq Neft və Qaz Universitetində (MUİG) OIOIUS-2024 II Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi keçirilib. Hibrid formatda keçirilən genişmiqyaslı tədbirdə Türkmənistanın və xarici ölkələrin ali məktəblərinin rəhbər və professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər. Bu il olimpiadada 18 ölkədən – Türkmənistan, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Əfqanıstan, Qırğızıstan, Çin, Rusiya, Belarusiya, Ermənistan, İran, Liviya, Qətər, Türkiyə, Almaniya, Rumıniya və Gürcüstandan – 52 universitetdən 300-dən çox tələbə iştirak edib.

OIOIUS 2024 Olimpiadası iki turdan ibarət olaraq fərdi yarışlar şəklində keçirilir. Birinci turda iştirakçılar proqramlaşdırma ilə bağlı 4 problemi həll edir, ikinci turda isə kibertəhlükəsizlik problemlərinin həlli üçün kompleks proqram təminatı hazırlayırlar.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) komandanın rəhbərləri t.ü.f.d. İsmayılov Elviz Ənvər oğlu olmaqla 5 tələbə olimpiadada iştirak edib. Kompüter elmlərinin 3-cü kurs tələbələri Əbilov Namiq və  Həsənov Saddam, digər 3 tələbə isə ADNSU-nun SABAH mərkəzinin Kompüter mühəndisliyinin 3-cü kurs tələbəsi Məmmədova Nərmin və İnformasiya təhlükəsizliyi ixtisasının 4-cü kurs tələbələri – Xəlilov Əli və İsmayılov Fərid olimpiadada uğurla iştirak ediblər.

Olimpiadada iki tələbəmiz gümüş (2-ci yerə çıxıb) və iki tələbəmiz bürünc medal qazanıblar (3-cü yerə çıxıb). Məmmədova Nərmin və Əbilov Namiq olimpiadada ikinci yerə, Həsənov Saddam və İsmayılov Fərid üçüncü yerə layiq görülərək universitet rəhbərliyi tərəfindən mükafatlandırılıblar.

Bənzər yazılar