Türkiyənin Afyon Kocatepe Universitetinin dosenti Mehmet Fatih BOZKURT Erasmus + layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU)  olub. Türkiyəli tədqiqatçı Lənkəran Dövlət Universitetinin “Baytarlıq” ixtisası tələbələrinə mühazirə oxuyub və heyvanlarda olan patoloji xəstəliklər barədə məlumat verib.

Lənkəran Dövlət Universitetinin  rektoru,  prof. N. İbrahimov türkiyəli alimi qəbul edib. Görüş zamanı  prof. Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin Türkiyə universitetləri ilə olan əməkdaşlığından, qarşılıqlı əlaqələri gücləndirmək istiqamətində  görülən işlərdən söz açıb.

Söhbət zamanı dosent Mehmet Fatih BOZKURT rektor Natiq İbrahimova Afyon Kocatepe universitetinin baytarlıq klinikasından bəhs edib və həyata keçirilən layihələr haqqında məlumat verib.

Görüşün sonunda  hörmətli  qonağa xatirə hədiyyəsi təqdim edilib.

Bənzər yazılar