Mektebgushesi

Fariz İsmayılzadə: İtalya-Azərbaycan Universiteti yaxın zamanda açılacaq

  “ADA universitetinin nəzdində İtalya-Azərbaycan Universiteti yaradılır”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri “Dövlət Proqramı məzunları üçün Karyera Sərgisi”ndə ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə bildirib. İcraçı prorektor bunun bu böyük bir layihə olduğunu qeyd edib: “Artıq bu universitet açılmaq üzrədir. Biz istəyirik ki, xaricdə təhsil alan məzunlarımız təhsil sahəsinə maraqlı olsunlar. Ola bilər ki, təhsil […]

AzTU-nun kollektivi Aprel döyüşlərində şəhid olmuş məzunlarının xatirəsini qürurla anır

  2016-cı ilin martından başlayaraq Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Bu təxribatlara cavab olaraq 2016-cı il aprelin 2-də Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Ordumuzun zabit və əsgərləri həmin döyüşlərdə böyük hünər […]

ADU-nun müəllimi Türkiyədə Koreya dili və ədəbiyyatı üzrə təhsil alan tələbələrə mühazirə oxuyub

ADU-nun Tərcümə fakültəsinin müəllimi Bahar Əliyeva Türkiyə Respublikasının İstanbul Universitetində Koreya dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi mühazirə keçib. Mühazirədə Soyuq müharibə dövründə Koreya və SSRİ-də xarici səyahətə qoyulan qadağalardan, xarici səyahətin məhdudlaşdırılması timsalında iki fərqli siyasi, sosial, iqtisadi rejimdə mövcud olan oxşarlıqlardan bəhs edilib. Sonda tələbələri maraqlandırılan suallar cavablandırılıb. Mühazirə tələbə […]

Nazir müavini: Əsas məsələlərdən biri ölkədə iş yerləri yaratmaqdır

Dövlət proqramlarının qarşısında duran əsas məsələlərdən biri ölkədə iş yerləri yaratmaqdır. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüşdə deyib. Onun sözlərinə görə, təhsil elə sahədir ki, nəticələri gec görmək olur. Bu gün görülən işlər isə müsbət qiymətləndirilir: “Ötən il dövlət proqramı çərçivəsinə qəbul […]

Azərbaycandan 46 tələbə dünyanın 10 ən yaxşı universitetində təhsil alır

Hazırda 41-i magistratura, 5-i bakalavr pilləsində olmaqla 46 tələbə dünya ən yaxşı 10 universitetində (“Universitetlər üzrə top 10”) təhsil alır. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüşdə deyib. Onun sözlərinə görə, dövlət proqramı çərçivəsind oxuyan tələbələrin sayı 517 nəfərdir: “Azərbaycanlı tələbələr ən çox […]

Bakıda 23 nömrəli tam orta məktəbdə xəsarət alan şagirdin durumu açıqlandı -RƏSMİ

“Aprelin 1-də Bakıda 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında baş verən insident zamanı zərər çəkmiş yeniyetməyə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Onun fiziki və psixoloji durumu məktəb rəhbərliyi və agentlik tərəfindən izlənilir”. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə […]

Nəğməkar şair məktəblilərlə görüşəcək

“Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək. Görüş aprelin 3-də paytaxtdakı 239 nömrəli tam orta məktəbdə baş tutacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai […]

Ədalət Muradov: “Elmi tədqiqatların təşkilinə zərər verən bir sıra qərarlar hələ də davam edir”

UNEC rektoru professor Ədalət Muradov elmi tədqiqat qurumları arasındakı  əməkdaşlığın mövcud durumu barədə rəsmi facebook səhifəsində paylaşım edib: “Ölkəmizdə tədqiqat qurumları arasında əməkdaşlığın qurulması olduqca vacibdir. Bu gün belə əməkdaşlığa mənfi təsir göstərən və  elmi tədqiqatların təşkilinə zərər verən bir sıra qərarlar hələ də davam edir. Nəticədə universitet elminin inkişafı baxımından uzunmüddətli strateji qərarlar vermək əvəzinə ehtimal […]

DİM TOEFL iBT imtahanı keçiriləcək

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 3 aprel 2024-cü ildə təşkil olunacaq. Dövlət İmtahan Mərkəzi Mektebgushesi.az-a bildirib ki, imtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş […]

Mart ayı ərzində BŞTİ -yə 7022 müraciət daxil olub  

Mart ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 7 022 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 4 142 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 358 müraciət daxil olub. BŞTİ-yə 1 132 sənəd (vətəndaşlar tərəfindən 212 ərizə, Elm və Təhsil Nazirliyindən […]

“Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib. Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, bu proqram tələbə və məzunlara təhsil sahəsi üzrə təcrübi bilik və bacarıqlar qazandırmaqla yanaşı, nazirliyin müxtəlif strukturları üçün kadr ehtiyatı bazasının formalaşdırılması […]

Elm və Təhsil Nazirliyinə vətəndaş müraciətlərinin statistikası – FOTO

Martın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 11 829 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 7 639-u çağrı mərkəzləri, 347-si sosial media, 1 418-i “WhatsApp” vasitəsilə, 661-i elektron, 372-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1 392 müraciət qeydə alınıb. Müraciətlər birinci sinfə qəbul, texniki işçi heyətin işlə təmin olunması, müəllimlərin yerdəyişməsi, məktəbəqədər […]

BDU-nun professoru Qüdrət İsmayılzadə vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin məsləhətçi professoru, tarix elmləri doktoru Qüdrət İsmayılzadə vəfat edib. Qüdrət İsmayılzadə 1934-cü il oktyabrın 24-də Bakıda anadan olub. 1952-ci ildə 208 saylı orta məktəbi bitirib. 1952-1957-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1960-1963-cü illərdə AMEA-nın aspirantı olub. “Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair” adlı namizədlik dissertasiyası müdafiə edib. O, […]

ADU ilə ortaq layihələrdə iştirak etmək istəyən universitetlərin sayı artmaqdadır – Anar Rəhimov

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Rəhimovla müsahibəni təqdim edirik.  – Anar müəllim, bilirik ki, 13-17 mart tarixlərində Serbiyanın Belqrad şəhərindəki eyniadlı universitetdə ezamiyyədə olmusunuz. Səfərin məqsədi ilə bağlı oxucularımıza məlumat verməyinizi xahiş edirik. – Sualınıza cavab verməzdən öncə universitetimizin xarici əlaqələri haqqında qısa məlumat vermək istərdim. Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqəri günü-gündən […]

Naxçıvanda təhsil müəssisələrində vakant olan təşkilatçı vəzifələr üzrə müsabiqənin nəticələri AÇIQLANDI

Naxçıvanda direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb. Nazirlikdən verilən məlumata görə, muxtar respublikada ilk dəfə olaraq yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə müsabiqə keçirilib. Müsabiqədə iştirak edən 97 […]