Mektebgushesi

BDU-nun Sabah qruplarında işləmək istəyənlərin nəzərinə!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qruplarında (bakalavriat) 2023/2024-cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislərin saathesabı qaydada işə qəbulu ilə əlaqədar müsabiqə davam edir. Müsabiqədə iştirak üçün son müraciət tarixi – 30.08.2023-cü il, saat 23:59-dək. Müsabiqədə magistr və daha yüksək elmi dərəcəyə malik, mükəmməl […]

BDU-da təkrar ali təhsil üzrə sənəd qəbulu avqustun 31-də yekunlaşacaq 

Bakı Dövlət Universitetind’ (BDU) 2023/2024-cü tədris ilində təkrar ali təhsil üzrə sənəd qəbulu davam edir. Sənəd qəbulu prosesi 31 avqust 2023-cü il saat 18:00-da yekunlaşacaq.  Əlavə təhsil almaq istəyən şəxslər portal.edu.az vasitəsilə elektron formada qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat üçün (012) 539-06-86 telefon nömrəsi və td_elavetehsil@bsu.edu.az mail ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Azərbaycan universitetləri Estoniyanın sahibkarlıq təhsili və startap ekosistemini öyrənirlər

  Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərə start verilib. 28 avqust – 01 sentyabr tarixlərini əhatə edən təlimlər Estoniyanın Tallin Texnologiya Universitetində (TalTech) keçirilir. Təlim səfərində ENGAGE layihəsində təmsil olunan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, […]

V qrup üzrə ixtisas seçimi müsabiqəsində plan yerinin sayı açıqlanıb

  1597 yer üzrə qəbul dövlət sifarişi əsasında aparılır 2023/2024-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin V ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib. Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin V […]

Xəzər Universitetinin Çin Tədqiqatlar Mərkəzinə 169 adda kitab hədiyyə edilib

Çinin Azərbaycandakı səfirliyi Xəzər Universitetinin Çin Tədqiqatlar Mərkəzinə Çinin mədəniyyəti, tarixi, dili, cəmiyyəti, siyasəti, iqtisadiyyatı və digər sahələri ilə bağlı 169 adda kitab hədiyyə edib. Bu barədə  universitetdən məlumat verilib. Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min Xəzər Universitetinin rektoruna unvanladığı məktubda bildirib ki, Çin tərəfi Xəzər Universitetində Çin Tədqiqatlar Mərkəzinin fəaliyyətinə böyük önəm […]

BDU-nun 13 məzunu Birləşmiş Krallıqda təhsil alacaq

Bakı Dövlət Universitetinin (BDU) “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanan 16 məzunundan 13-ü Birləşmiş Krallıqda təhsilini davam etdirəcək. Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, həmin məzunlar 2023-2024-cü tədris ilində qeyd edilən ölkənin nüfuzlu universitetlərində magistratura pilləsində təhsili alacaqlar.

BDU-nun 16 məzunu Dövlət Proqramının qalibi olub – SIYAHI

Bakı Dövlət Universitetinin (BDU) 16 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb və nüfuzlu universitetlərdə magistratura təhsili alacaq. 2023/2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə magistratura səviyyəsinə qəbul olan 381 namizədin 16 nəfəri BDU-nun məzunudur. Onlardan 13 nəfəri Birləşmiş […]

AzTU əməkdaşları İsveçə səfər edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxlaq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Farqanə Musayeva “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində İsveçə səfər edib. Mektebgushesi.az xəbər verir ki, səfərin məqsədi ali təhsil müəssisələrində universitet-sənaye işbirliyinin gücləndirilməsi, innovasiya və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi sahəsində İsveç təcrübəsinin öyrənilməsindən ibarətdir. Səfər çərçivəsində innovasiya […]

ADMİU İstanbul Nişantaşı Universiteti ilə birgə film festivalı keçirəcək

  2024-cü il mayın 3-dən 12-dək İstanbul Nişantaşı Universitetinin təşkilatçılığı ilə “Film heç bitməsin” kino festivalı keçiriləcək. Beynəlxalq kino festivalına tammetrajlı, qısametrajlı və sənədli filmlər qəbul edilir. Festivalın əsas mövzusu “Bu, realdırmı?” (Is This The Real?) olaraq müəyyən edilib. Festivala Azərbaycan, ABŞ, Almaniya, Argentina, Braziliya, Danimarka, Gürcüstan, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, İran, İsrail, Livan, […]

FAO-nun Azərbaycandakı Ofisinin yeni təyin olunan rəhbəri ADAU-ya səfər edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yeni təyin olunan rəhbəri Muhammad Nasar Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib. Qonaqlarla görüşən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov ADAU-nun maddi-texniki bazası, beynəlxalq əlaqələri və ikili diplom proqramları haqqında məlumat verib. O bildirib ki, bu […]

ADNSU: Yeni dərslik nəşr olunub

  “Karbohidrogen yataqlarının suüstü və sualtı mədənlər kompleksləri ilə işlənməsinin və istismarının xüsusiyyətləri” adlı dərslik nəşr olunub. Bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) məlumat verilib. Nəşr dəniz neft, qaz və qaz-kondensat yataqlarının işlənmə xüsusiyyətlərinə həsr edilib. Dərslikdə dəniz neft-qaz mədənlərinin inkişafının tarixi aspektləri göstərilib, kontinental şelfdə yerləşən karbohidrogen yataqlarının işlənməsinin dünya təcrübəsi […]

Xəzər Universitetində “Açıq qapı” günləri keçirilir

Xəzər Universitetində “Açıq qapı” günləri keçirilir. Universitetdən bildirilib ki, abituriyentlər, onların valideynləri burada qəbul prosesi və tədris sistemi barədə məlumatlandırılacaqlar. “Açıq qapı” günləri avqustun 28-dək davam edəcək.

ADNSU-nun tələbələri ABŞ-da keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft-qaz mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbələri – Cavid Əliyev və Çingiz Əskərli avqustun 26-dan sentyabrın 1-dək ABŞ-da Kəşfiyyat Geofizikləri Cəmiyyəti (SEG) və Amerika Neft Geoloqları Assosiasiyasının (AAPG) ev sahibliyi etdiyi 2023 SEG/Chevron Tələbə Liderliyi Simpoziumu və Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxalq Konfransında (IMAGE) iştirak edəcəklər. […]

Bizi bizimlə öyrənin: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

Şimal bölgəsində pedaqoji kadr hazırlığı məqsədilə 1943-cü ildə yaradılan Quba Dövlət Müəllimlər İnstitutunun varisi hesab olunan filial Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 1991-ci il tarixli 70 nömrəli qərarı ilə Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialı kimi yaradılmışdır. Ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayan Quba filialı özündə dörd ixtisası – “Mədəni maarif işi”, “Dekorativ tətbiqi […]

Abituriyentlərin nəzərinə: UNEC-də III qrup üzrə yeni ixtisaslar açılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ilindən III qrup üzrə yeni ixtisaslar açılıb. UNEC-dən  bildirilib ki, bu il bakalavriat səviyyəsi üzrə beynəlxalq münasibətlər ixtisasına da qəbul aparılacaq. İxtisas 3 dildə – Azərbaycan, türk və rus dillərində tədris olunacaq. Qeyd edək ki, UNEC-də III ixtisas qrupu üzrə Azərbaycan və rus dillərində sosial iş ixtisasına da […]