Mektebgushesi

ADNSU-nun rəhbərliyi məzun şəhidlərimizin ailələrini ziyarət edib

  Avqustun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızın ailələrini ziyarət edib. Vətən uğrunda canlarından keçmiş ADNSU-nun bir neçə şəhid məzununun ailəsində olan dosent Vazeh Əskərov onların valideynləri ilə səmimi söhbət edib. Bildirib ki, universitet müntəzəm olaraq ADNSU-nun qəhrəman məzunlarının ailələri […]

2023/2024-cü tədris ilində BDU-da bakalavriatura səviyyəsinə qəbul planı artıb 

Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ilində bakalavriatura səviyyəsinə 5660 plan yeri ayrılıb. Onlardan 4390 yer Azərbaycan, 765 yer rus, 505 yer isə ingilis bölməsi üzrədir. Ötən il bu rəqəm 5351 yer olub. Qeyd edək ki, BDU-nun bakalavriaturasında 16 fakültədə 75 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir.  2023/2024-cü tədris ilində BDU-da bakalavritura səviyyəsi üzrə 3 […]

BDU-da yay semestri üzrə dərslər davam edir

Bakı Dövlət Universitetində (BDU) Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən, yay semestri təşkil olunub. Yay semestri 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borclarının ləğv edilməsi […]

ADNSU-nun məzunu kvars aerogellərin alınması istiqamətində tədqiqat aparır -FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu Kristina Qoryunova 2023-2024-cü tədris ilində Azərbaycan-Fransız Universitetinin (UFAZ) Fiziki kimya və kimya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində təhsil alacaq. O, hazırda həmin ixtisas üzrə elmi-tədqiqat aparır. Bu barədə ADNSU-dan məlumat verilib. Bildirilib ki, ADNSU-nun məzunu K.Qoryunova bu il universitetin kimya mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsilini uğurla […]

ADNSU-nun tələbələri “Bahar Enerji Əməliyyat Şirkəti”ndə yay təcrübəsində olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri “Bahar Enerji Əməliyyat Şirkəti”ndə yay təcrübəsində olub. Bu barədə  ADNSU-dan məlumat verilib. Bildirilib ki, təcrübə zamanı tələbələr öyrəndikləri nəzəri bilikləri sınaqdan keçirməklə ixtisaslarının incəlikləri ilə daha yaxından tanış olmaq imkanları qazanıblar. Müəssisədə tələbələrin təcrübə keçməsi üçün lazımi şərait yaradılıb.

UNEC-in magistratura səviyyəsinə qəbul bu il 19 ixtisas və 56 ixtisaslaşma üzrə aparılıb

  2023-2024-cü tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) magistratura səviyyəsinə qəbul 19 ixtisas və 56 ixtisaslaşma üzrə aparılıb. UNEC-dən bildirilib ki, qəbul olanların 360 nəfəri 70-80, 297 nəfəri 80-90, 43 nəfəri 90-100 aralığında bal toplayıb, 1 nəfər isə maksimal 100 bal toplayaraq BMDM-i seçib. BMDM-ə qəbul olanların […]

UFAZ-a qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinə baxılır

Bu gün Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2023-2024-cü tədris ili üçün bakalavr pilləsi üzrə keçirilmiş qəbul imtahanı ilə bağlı apellyasiya müraciətlərinə baxılır. Bu barədə  UFAZ-dan məlumat verilib. İmtahanda 372 nəfər iştirak edib. Onlar riyaziyyat, kimya, fizika, ingilis dili və ümumi elmi dünyagörüşü üzrə sualları cavablandırıblar. İmtahanda ən çox bal toplamış 160 namizəd UFAZ-a qəbul olunacaq.

ADNSU-nun tələbələri Norm Sement Zavodunda Yay təcrübəsində

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən 15-i Norm Sement Zavodunda Yay təcrübəsi keçir. Bu barədə ADNSU-dan məlumat verilib. Bildirilib ki, təcrübə zamanı həmin tələbələr öyrəndikləri nəzəri bilikləri sınaqdan keçirməklə ixtisaslarının incəlikləri ilə daha yaxından tanış olmaq imkanları qazanırlar. Müəssisədə tələbələrin təcrübə keçməsi üçün lazımi şərait yaradılıb.

Neft və Sənaye Universiteti tələbələrinin yay təcrübəsi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən 4-ü Azərbaycan Standartlaşdırma İnstitutunda yay təcrübəsində olub. Bu barədə ADNSU-dan məlumat verilib. Bildirilib ki, təcrübə zamanı həmin tələbələr öyrəndikləri nəzəri bilikləri sınaqdan keçirməklə ixtisaslarının incəlikləri ilə daha yaxından tanış olmaq imkanı qazanıblar. Müəssisədə tələbələrin təcrübə keçməsi üçün lazımi şərait yaradılıb.

UFAZ-a bakalavr pilləsi üzrə qəbul imtahanı keçirilib

Avqustun 4-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2023-2024-cü tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanı keçirilib. UFAZ-a qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə 500 və daha artıq bal toplayan ümumilikdə 421 nəfər abituriyent (108 nəfər rus bölməsi üzrə və 313 nəfər Azərbaycan bölməsi üzrə) 160 qəbul […]

BDU-nun magistraturasına qəbul planı 91,24 faiz dolub

Bakı Dövlət Universitetində (BDU) 202/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələrinə görə 1035 nəfər qeydiyyatdan keçib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, 2023/2024-cü tədris ili üçün BDU-nun magistraturasına qəbul planı 91.24 faiz dolub. Universitet üzrə  ən yüksək nəticə balı 97-dir. Qeyd edək ki, 2023/2024-cü tədris ilində BDU-nun magistratura pilləsinə qəbul üçün […]

ADNSU rəhbərliyi Qazaxıstan Dövlət Universitetinin rektoru ilə görüşüb

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun Cənubi Qazaxıstan Dövlət Universitetinin rektoru, professor Daria Kojamjarova ilə görüşü olub. Bu barədə ADNSU-dan məlumat verilib. Görüşdə V.Əskərov ADNSU və Azərbaycan-Fransız Universitetinin (UFAZ) təhsil sistemi, beynəlxalq əlaqələri haqqında məlumat verib. Qazaxıstan ali təhsil müəssisələri ilə əlaqələrin əhəmiyyətini qeyd edən V.Əskərov əməkdaşlığın daha […]

Azərbaycan Texniki Universiteti də akkreditasiyadan keçib

  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova institusional akkreditasiya qiymətləndirməsindən uğurla keçmiş ali təhsil müəssisələrinə (Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti) akkreditasiya şəhadətnamələrini təqdim edib. Agentlikdən Mektebgushesi.az-a bildirilib ki, akkreditasiya şəhadətnamələrini qəbul edən ali təhsil müəssisələrinin rektorları institusional akkreditasiya qiymətləndirməsi nəticəsində Akkreditasiya Komissiyaları tərəfindən verilmiş tövsiyə və göstərişlərin […]

Sabah UFAZ-ın bakalavr proqramlarına qəbul imtahanı keçiriləcək

Sabah 2023-2024-cü tədris ili üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına qəbul imtahanı keçiriləcək. İmtahan saat 10:30-da başlanacaq. Bu barədə UFAZ-dan məlumat verilib. Bildirilib ki, qəbul imtahanı abituriyentin təhsil aldığı bölmədən asılı olaraq həm Azərbaycan, həm də rus dillərində aparılacaq. İmtahana 49 imtahan nəzarətçisi cəlb olunacaq. Xatırladaq ki, UFAZ məzunları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin […]

ADMİU-da ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq istəyənlərin nəzərinə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2023/2024-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün qəbul davam edir. Universitetdən  bildirilib ki, sənədlər sentyabrın 5-dək qəbul ediləcək. Qəbul musiqişünaslıq, turizm bələdçiliyi, turizm işinin təşkili, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist), rejissorluq (teatr rejissoru), kinoşünaslıq ixtisasları üzrə aparılır. Qeyd olunan ixtisaslar üzrə tədris […]