Mektebgushesi

UFAZ-ın bakalavr proqramlarına qeydiyyat başa çatıb

  2023-2024-cü tədris ili üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına qeydiyyat başa çatıb. Bu barədə  UFAZ-dan məlumat verilib. UFAZ-ın bakalavr səviyyəsində təhsil üçün təklif edilən ixtisaslar bunlardır: kompüter elmləri (60 yer), kimya mühəndisliyi (35 yer), geofizika mühəndisliyi (30 yer), neft və qaz mühəndisliyi (35 yer). UFAZ-da təhsil ingilis dilində aparılır. Universitetdə bakalavriat pilləsinə qəbul imtahanı […]

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

Bu gün 25 mindən çox təhsilalanı özündə birləşdirən Bakı Dövlət Universiteti (BDU) 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, SABAH Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz olunmuş 21 elmi-tədqiqat laboratoriyası, 23 tədris laboratoriyası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının  genişləndirilməsində mühüm rol oynayır. Tələbələrin sosial […]

AzTU ilə BTU ikili diplom proqramına başlayacaq

  Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Rəqəmsal məmulların layihələndirilməsi və istehsalı / Digitale Produktentwicklung und Produktion” layihəsi çərçivəsində 2023/2024-cü tədris ilindən başlayaraq maşın mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı (tədris alman dilində) əsasında magistr hazırlığının tədris planı ilə bağlı yekun müzakirələr aparılıb. Bu barədə universitetdən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, müzakirələrdə Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU […]

ADPU-da ikili diplom proqramı çərçivəsində Yay İnstitutu fəaliyyətə başladı

2023/2024-cü tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbi arasında beynəlxalq ikili diplom proqramı üzrə magistratura səviyyəsinə dövlət sifarişi əsasında Menecment (təhsilin təşkili və idarə olunması) ixtisası üzrə tələbə qəbulu həyata keçirilib. Belə ki, beynəlxalq proqramın IV qəbuluna sənədlərini təqdim etmiş və DİM-də magistartura imtahanı […]

İstanbulda BDU-nun da həmtəşkilatçı olduğu ICESCO-nun Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu başlayıb

İyulun 31-də Türkiyənin İstanbul şəhərində İslam Dünyası, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumunun (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium) açılış mərasimi keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) də həmtəşkilatçı olduğu tədbirin əsas məqsədi İslam dünyasının ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında kosmik […]

Xaricdə ali təhsil almış şəxslər bu gün peşə tanınması üzrə imtahan verəcəklər

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, imtahan müvafiq ixtisaslara uyğun olaraq saat 11:00 və 14:00-da başlayacaq. Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması […]

Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Tibb Kolleci NDU-nun nəzdinə verilib

Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Tibb Kolleci Azərbaycan Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin […]

Bağçalara qəbulla bağlı növbəyaratma prosesinə başlanılıb

Avqustun 1-i saat 11:00-dan etibarən regional təhsil idarələri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə başlanılıb. Mektebgushesi.az-a xəbər verir ki, proses www.bq.edu.az üzərindən sentyabrın 1-dək həyata keçiriləcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum […]

Ölkə birinciləri Bakı Ali Neft Məktəbini seçirlər

Dövlət İmtahan Mərkəzinin (DİM) 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayaraq ölkə birincisi olan Cavid Nəzərov, II ixtisas qrupu üzrə ikinci ən yüksək bal toplayan Nicat Səmədli, II ixtisas qrupu üzrə blok imtahanında ən yüksək nəticə göstərən Aqilə Tağıyeva, I ixtisas qrupunun blok imtahanında maksimal bal toplayan abituriyentlər – Saud Hüseyn […]

UNEC elektron imza ilə sənəd dövriyyəsinə başladı

UNEC rəqəmsal universitet modelinin daha bir seqmenti kimi təkmil sertifikatlı gücləndirilmiş elektron imza tokeninin istifadəsinə başladı. Belə ki, elektron sənəd dövriyyəsi olan DocNet-də avqustun 1-dən başlayaraq  bütün çıxış sənədləri elektron imza ilə imzalanacaqdır. Bununla da UNEC istənilən təşkilatla kağızsız sənəd dövriyyəsini tətbiq edə biləcək.

ADNSU-nun rektor əvəzi bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb

İyulun 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb. ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən görüşdə bp şirkəti ilə ADNSU və UFAZ-ın əməkdaşlıq əlaqələri, o cümlədən ADNSU-nun Vorvik Universiteti ilə birgə “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə ikili diplom proqramının icrası ilə […]

AzTU-nun 5 illik institusional akkreditasiya şəhadətnaməsi təqdim edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüşüb. Rektor universitetin gələcək hədəfləri, həmçinin beynəlxalq akkreditasiya təşkilatları ilə əlaqələri haqqında məlumat verib. Bildirib ki, akkreditasiyanın keçirilməsi universitetlərin inkişafına xidmət edir. TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova qeyd edib ki, təhsilin bütün səviyyələrində keyfiyyətin təminatı sisteminin […]

BDU-nun 5 illik akkreditasiya şəhadətnaməsi təqdim edilib

  Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüş keçirilib. Bu barədə BDU-dan məlumat verilib. Görüşdə çıxış edən BDU-nun rektoru Elçin Babayev universitetin əsas vəzifəsinin ölkəmiz üçün yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu vurğulayıb. Rektor diqqətə çatdırıb ki, akkreditasiya ali təhsil müəssisəsinə güclü və […]

BDU-nun tələbələri və gənc tədqiqatçıları üçün Yaponiyada 10 günlük təcrübə imkanı

Yaponiyanın Dostluq Əlaqələri Proqramı (“MIRAI”) Avropa, Mərkəzi Asiya və Qafqazdan olan Diplomatiya, Təhlükəsizlik siyasəti, İqtisadiyyat, Elm və texnologiya, İncəsənət və mədəniyyət, Beynəlxalq əlaqələr, Ətraf mühit elmləri, Strateji inkişafla bağlı tədqiqatlar, Asiya ilə bağlı  tədqiqatlar aparan perspektivli gənc liderlərdən ibarət qrupları dəvət edir. Proqram 10 gün davam edəcək. Yaponiyada təcrübə mübadiləsi proqramına müraciət etmək istəyənlərdən aşağıda […]

ADNSU-da beynəlxalq yay məktəbi başlanıb

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə “Enerji keçidi: postneft iqtisadiyyatı, alternativ enerji, ətraf mühitin mühafizəsi” mövzusunda V beynəlxalq yay məktəbi başlanıb. Bu barədə  ADNSU-dan məlumat verilib. Yay məktəbi çərçivəsində azərbaycanlı və əcnəbi tələbələrin ölkəmizin müxtəlif mədəniyyət mərkəzlərinə və neft şirkətlərinin ofislərinə […]