Mektebgushesi

İnzibati rəhbər vəzifələrə test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin nəzərinə!

İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb. İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 27 yanvarda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün yanvarın 28-dən 8 […]

Peşə təhsili müəssisələrində müalicəyə ehtiyacı olan şəxslərə əlavə xidmət göstəriləcək

Peşə təhsili müəssisələrində müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstəriləcək. Mektebgushesi.az -ın Trend-ə istinadən məlumatına görə, bu barədə Baş nazir Novruz Məmmədov qərar verib. Qərara görə, “Peşə təhsili müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi Qaydası” təsdiq edilib.

İnzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 27 yanvar 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. Mektebgushesi.az xəbər verir ki, imtahana qeydiyyat yanvarın 3-dən 25-dək aparılıb və bu müddət ərzində 87 namizəd qeydiyyatdan keçib. İmtahan kompüter vasitəsilə təlimata […]

Doktoranturaya qəbul qaydaları

Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsilin ən yüksək səviyyəsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir. Bu təhsil səviyyəsi müvafiq elmi dərə­cə­lərin (elm sahələri göstəril­məklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə […]

Mübariz Mənsimov 100 azərbaycanlı tələbəyə təqaüd verəcək

Beş qitə, yeddi dənizdə fəaliyyət göstərən və dünyanın ilk on daşımaçılıq markasından biri olan “Palmali” Şirkətlər Qrupu növbəti dəfə Türkiyədə oxuyan azərbaycanlı tələbələri sevindirən qərara imza atıb. Mektebgushesi.az-ın məlumatına  görə, bu barədə holdingdən Yenicag.az-a məlumat verilib. Bu il “Palmali” Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verməyi nəzərdə tutur. Belə ki, aşağıdakı kriteriyalara uyğun ilk […]

Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsində 27 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018-ci il noyabrın 27-də elan olunmuş dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. DİM-dən  mektebgushesi.az-a bildiriblər ki, 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (64 vəzifə) növlərinə aid olan 66 vakant vəzifənin tutulması üçün elan edilmiş müsahibədə iştirak üçün qeydiyyat ötən il dekabrın 27-də yekunlaşıb […]

Xarici dil üzrə doktoranturaya qəbul imtahanı başlanır

Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında xarici dil (alman və fransız dilləri) üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək. AMEA-dan  Mektebgushesi.az-a bildiriblər ki, imtahanda iştirak edəcək iddiaçılar imtahana gələrkən seçdikləri ixtisas dili üzrə uyğun ədəbiyyat gətirməlidirlər. İmtahan saat 10:00-da başlayacaq. Əlaqə: Tel: (+994 12) 492-84-48, (+994 12) 539-30-60 Ünvan: Bakı şəhəri, Yasamal rayonu, […]

Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb

2018-2019-cu tədris ili üçün ali məktəblərin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı məlum olub. Mektebgushesi.az-ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, sənəd qəbulu fevralın 1-də başlayacaq. Qeyd edək ki, magistraturaya qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək. Fevralın 3-də isə magistraturaya qəbul olmaq […]

Müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı H.Z.Tağıyevin doğum günüdür

Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı. II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı Hacı Zeynalabdin Tağıyevin bu gün ad günüdür. H.Z.Tağıyev 25 yanvar 1823-cü ildə 25 Bakıda anadan olmuşdur. Böyük messenant Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış qızlar məktəbinin əsasını qoymuşdur. 1897-ci ildən Hacı […]

Ali təhsillə bağlı qanun olacaq

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı yanvarın 24-də ilk iclası keçirilib. Mektebgushesi.az – ın xəbərinə görə, adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli bildirib ki, son payız sessiyasında komitənin yeddi iclası keçirilib və bu iclaslarda 12 məsələ müzakirə olunub. Həmçinin, payız sessiyasında komitəyə 149 müraciət, şikayət və ərizə daxil […]

İsveçdə Azərbaycan dili dərsləri başlayıb

İsveçin Malmö şəhər universitetinin “Mədəniyyət və cəmiyyət” fakültəsi nəzdində fəaliyyət göstərən Rusiya və Qafqaz Regionu Araşdırmaları Mərkəzində bakalavr pilləsində təhsil alanlar üçün Azərbaycan dili kursları açılıb. Mektebgushesi.az Azərtac-a istinadən xəbər verir ki, kurslar xüsusi təhsil proqramı çərçivəsində təqdim olunur. Burada Azərbaycan dili ilə yanaşı, tələbələrə rus və gürcü dilləri üzrə dərslər də təklif edilir. Qeyd […]

Milli Məclisdə vahid məktəbli geyimi məsələsindən danışıldı

Metodist anlayışı mütləq qanun layihəsinə daxil edilməlidir. Çünki təhsil-tədris prosesinin əsas iştirakçılarından biri məhz metodistlərdir. Ona görə qanun layihəsində bu məsələ mütləq olmalıdır. Mektebgushesi.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında millət vəkili Sona Əliyeva “Ümumi təhsilı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib. Millət vəkili qanun layihəsinin anlayışlar hissəsinin […]

Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018-ci il noyabrın 27-də elan olunmuş dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. DİM-dən mektebgushesi.az-a bildiriblər ki, 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (64 vəzifə) növünə aid olan 66 vakant vəzifənin tutulması üçün elan edilmiş müsahibədə iştirak üçün qeydiyyat ötən il dekabrın 27-də yekunlaşıb və […]

Tələbələrin köçürülməsi prosesi başlayır

Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də respublikamızda yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq. Təhsil Nazirliyindən  mektebgushesi.az-a bildiriblər ki, transfer.edu.az portalı vasitəsilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Bu gün Beynəlxalq Təhsil Günüdür

UNESCO-nun baş direktoru Odri Azule 24 yanvar – Beynəlxalq Təhsil Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib. Mektebgushesi.az xəbər verir ki, müraciətdə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının Beynəlxalq Təhsil Gününün təsis edilməsi ilə bağlı qərar qəbul etdiyi bildirilir. BMT-nin qərarına görə, dünyada ilk dəfə qeyd edilən Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv […]