Mektebgushesi

Mətbuat Şurasının sədri “Məktəbdə…” layihəsində

“Məktəbdə…” layihəsinin növbəti görüşü aprelin 6-da Bakı şəhəri 96 nömrəli tam orta məktəbdə keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki yazıçı, jurnalsit, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə […]

Direktor sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib

Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorunun müəllimləri təhsil müəssisəsinə buraxmaması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib. Mektebgushesi.az xəbər verir ki, məktəbin direktoru Almaz Həsrət “Report”a açıqlamasında bildirib ki, müəllimlərin məktəbə buraxılmaması ilə bağlı məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, sosial şəbəkədə yayılan videogörüntü martın 13-də […]

Zaqataladakı məktəbdən qorxunc kadrlar, döşəmədən çıxan ilanlar, qəzalı bina – VİDEO

Azərbaycanda təhsil sistemi müasir standartlara cavab versə də, təəssüflər olsun ki, 21-ci əsrdə hələ də sanki 10-15-ci əsrdən qalma məktəblər fəaliyyət göstərir. Elə məhz bu geridə qalmış, qıraqdan tarixi abidə kimi görünən məktəblərdən biri də Zaqatala rayonunun Kəpənəkçi kəndində yerləşən şəhid Sərdar Kərimov adına tam orta məktəbdir. Lent.az xəbər verir ki, hazırda sözügedən şəraitsiz, uçuq-sökük […]

Talış kəndindəki tam orta məktəbdə ilk dərs gününün açılışı olub

“Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndindəki tam orta məktəbdə uzun illərdən sonra martın 27-də ilk zəng çalınıb. Belə ki, məktəbdə ilk dərs gününün açılışı baş tutub”. Mektebgushesi.az xəbər verir ki, bunu Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov deyib. O bildirib ki, Talış kəndindəki uşaq bağçasında da bu gündən tədrisə başlanılıb: “Ümumilikdə 78 şagird […]

Müəllim və şagirdlərin iştirakı ilə yeni layihəyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “İdmansevərlər!” layihəsinə start verilib. Layihə çərçivəsində ümumi təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə müsabiqə, yarış və turnirlərin, “Kim sevirsə idmanı” adlı rəsm sərgilərinin, fiziki tərbiyə müəllimləri ilə birgə fləşmobların keçirilməsi nəzərdə tutulur. Eyni zamanda layihə çərçivəsində idmanın müxtəlif növləri üzrə nailiyyəti olan məzun idmançılarla görüşlər təşkil ediləcək, milli idman […]

HIPPO İngilis dili Olimpiadasının ilk mərhələsi keçirilib

18 mart 2023-cü il tarixində HIPPO İngilis dili Olimpiadasının ilk mərhələsi (Preliminary round) keçirilib. 6-17 yaş arası bütün məktəblilərin ingilis dili biliklərini yoxladıqları Olimpiada Respublikanın 8 şəhər və rayonunda – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəmkir, Quba, Şəki və Şirvan olmaqla, ümumilikdə 11 binada təşkil olunub. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və təlimata uyğun şəkildə […]

Bakıdakı 158 nömrəli məktəbdə Azərbaycan və rus bölüməsində təhsil alan şagirdlər arasında insident yaşanıb

Bakı məktəbində şagirdlər arasında insident yaşandığı iddia olunur. Hadisənin martın 10-da Yasamal rayonu 158 nömrəli orta məktəbdə Azərbaycan və rus bölümündə təhsil alan şagirdlər arasında yaşandığı bildirilir. Mektebgushesi.az xəbər verir ki, Bizim.media-ya bu barədə danışan mənbənin sözlərinə görə, olayın baş verdiyi gün Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət komissiya məktəbdə olub. Bu zaman 9 və 11-ci sinif […]

100 yaşlı məktəbin yubiley tədbiri keçirilib  

Bakı şəhəri 44 nömrəli tam orta məktəbin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. “100 ilin şahidi” adlı tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov, millət vəkili Nigar Arpadarayi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova, tanınmış müğənni, bəstəkar Akif İslamzadə, aktrisa Gülşad Baxşıyeva, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi […]

Paytaxt məktəblərində bayram şənlikləri keçirilib

Ümumi təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib. Belə ki, paytaxt məktəblərində “Dəyərlərimizi qoruyaq!”, “Novruz gəlir, yaz gəlir”, “Novruz adət-ənənələri”, “Dəyərlərimiz bədii ədəbiyyatda” və digər müvafiq mövzularda tədbirlər, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, mühazirələr, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib. Bundan əlavə, təhsil müəssisələrində mənəvi dəyərlərimizi əks etdirən divar qəzetləri, stendlər və guşələr hazırlanıb, müxtəlif […]

Azərbaycan Linqvistika Olimpiadası keçiriləcək

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra olunan ALO-Azərbaycan Linqvistika Olimpiadasına dair hazırlanmış veb-saytın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova və məktəb direktorları iştirak ediblər. Təqdimat mərasimini […]

Pilot layihələr tətbiq olunan siniflərdə “Açıq dərs”lər keçirilib

Paytaxt məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş pilot layihələr tətbiq olunan siniflərdə “Açıq dərs”lər və “Ürəklərdə əbədi yaşayan insan” adlı tədbir keçirilib. Bakı şəhəri 114 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, YAP Suraxanı […]

“Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsi başa çatıb

Paytaxtdakı 53 nömrəli tam orta məktəbdə təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra olunan “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, məktəb […]

Paytaxt məktəbində 16 kitab təqdim olunub

Bakı şəhəri 300 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilən 16 kitabdan ibarət texniki-populyar seriyanın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) prorektoru, dosent Ata Babayev, kitabın müəllifləri və ADNSU-nun dekanları Naməd Paşayev, Aydın Əliyev, Fərid […]

“Biz o yurda qayıdacağıq” adlı tədbir keçirilib  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində “Biz o yurda qayıdacağıq” adlı tədbir keçirilib. Paytaxtdakı 39 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, filologiya elmlər doktoru, professor Mahirə Nağıqızı, Nərimanov rayon Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri, şəhid Azad Hümbətovun atası […]

Əməkdar jurnalist məktəblilərlə görüşüb

“Məktəbdə…” layihəsinin növbəti qonağı televiziya tənqidçisi, siyasi icmalçı, Əməkdar jurnalist Qulu Məhərrəmli olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü Bakı şəhəri 263 nömrəli tam orta məktəbdə keçirilib. Şagirdlərlə interaktiv şəkildə keçən görüşdə Q.Məhərrəmli özünün məktəb illəri, müəllimləri ilə bağlı xatirələrindən, dövrünün məktəb […]