Mektebgushesi

Məktəblərdə psixoloji xidmətlə bağlı monitorinqlər aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil məktəblərində psixoloji xidmətin effektivliyinin artırılması ilə əlaqədar monitorinqlər aparılır. Monitorinqin keçirilməsində əsas məqsəd psixoloqların peşəkar kompetensiyalarının yüksəldilməsinə dəstək olmaq, şagird və müəllimlərin emosional sferasını tədqiq edib həmin istiqamətdə inkişafetdirici işlər aparmaqdan ibarətdir. Şagirdlərdə imtahan həyəcanını korreksiya etmək, risk qrupuna daxilolma ehtimalı olan, xüsusi qayğıya ehtiyac duyan şagirdlərlə […]

Ötən il istifadəyə verilən təhsil müəssisələrinin sayı açıqlanıb

Ötən il Azərbaycanda istifadəyə verilən təhsil müəssisələrinin sayı açıqlanıb 2022-ci ildə Azərbaycanda 17874 yerlik 29 ümumi təhsil və 390 yerlik 3 məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilib. Qeyd edək ki, 2021-ci ildə 12442 yerlik 26 ümumi təhsil və 660 yerlik 7 məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilib. İstifadəyə verilən ambulatoriya-poliklinika müəssisələrinin sayı isə 8 olub.

“Məktəbdə…” layihəsinin budəfəki qonağı Qulu Məhərrəmli olacaq

  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə…” layihəsinin növbəti görüşü martın 15-də paytaxtdakı 263 nömrəli tam orta məktəbdə keçiriləcək. İdarədən Mektebgushesi.az -a bildirilib ki, layihənin budəfəki qonağı televiziya tənqidçisi, siyasi icmalçı, Əməkdar jurnalist Qulu Məhərrəmli olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə […]

Müəllim olmaq istəyən məktəblilərə dəstək təşəbbüsü

Təhsilalanlara dəstək təşəbbüsləri çərçivəsində “Unity company” tərəfindən bir neçə şagirdin təhsil xərclərinin qarşılanması həyata keçirilir. Belə ki, şirkət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı paytaxtdakı 3 məktəbdə müəllim olmaq istəyən abituriyentlərin təhsil ehtiyaclarını qarşılamağı öz üzərinə götürüb. Bakı şəhəri 297 nömrəli tam orta məktəbin II sinif şagirdi Leyla Nəzərova, X sinif şagirdi Güləli Əlişanov, […]

“Əlaçı” intellektual verilişinin növbəti qalibi Qazax məktəblisi oldu

“Əlaçı” intellektual televiziya verilişinin növbəti qalibi Qazax məktəblisi oldu O, əlaçıdır, özü də, sadəcə dərslərini “əla” qiymətlərlə oxuduğu üçün yox, həm də “Əlaçı” intellektual televiziya verilişinin bu mövsümkü qalibi olduğu üçün belə qiymətləndirilir. İlk mərhələdən finala qədər Rəsul Məmmədov X sinif şagirdidir. Qazax rayonundakı Araz Əmilov adınaDaşsalahlı kənd 1 nömrəli tam orta məktəbində oxuyur. “Əlaçı” […]

Üç əsrə şahidlik edən məktəbin 140 illiyi keçirilib

Oğuz rayon Padar kənd tam orta məktəbinin yaranmasından 140 il ötür. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu münasibətlə Padar kənd tam orta məktəbində yubiley münasibətilə tədbir keçirilib. Tədbirdən öncə qonaqlar Padar kənd Şəhidlər xiyabanını ziyarət ediblər. Tədbirdə Oğuz rayon və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi, şəhid ailələri, məktəbin keçmiş məzunları və təhsil işçiləri iştirak ediblər. […]

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Ağalı kəndində “Novruz mühazirəsi” keçirilib

Martın 10-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndində “Novruz mühazirəsi” keçirilib.  Mektebgushesi.az xəbər verir ki, “Novruz mühazirəsi”ndə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, elm və ictimaiyyət nümayəndələri, eləcə də KİV təmsilçiləri iştirak ediblər. “Novruz mühazirəsi”nin moderatoru yazıçı Elçin Hüseynbəyli Ağalı kəndində belə bir tədbirin keçirilməsinin önəmini vurğulayıb, iştirakçıları təqdim […]

Bakıdakı 96 nömrəli məktəbdə kitab təqdimatı keçirilib

Bakı şəhəri 96 nömrəli tam orta məktəb tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri Ceyhun Məmmədov və Fazil Mustafa, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rəna Fərəcova, Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Azərbaycan […]

“Qadın həmrəyliyi hər yerdə” adlı voleybol yarışı keçirilib

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadın həmrəyliyi hər yerdə” adlı voleybol yarışı keçirilib. Voleybol yarışı 220 nömrəli məktəb-liseyin və 56 nömrəli tam orta məktəbin qadın müəllimləri arasında təşkil olunub. Bakı şəhəri 56 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışda hər komandadan 6 əsas və 2 əvəzedici oyunçu iştirak edib. Komandaların kapitanları ümumi təhsil müəssisələrinin rəhbərləri […]

IX siniflər üzrə monitorinq keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX sinifləri üzrə monitorinq keçirilir. BŞTİ tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir. Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri […]

Direktorlar üçün təlimlər başa çatıb

Ümumi təhsil müəssisələrinin direktorları və direktorların işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təşkil olunmuş təlimlər başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş təlimlərin sonuncu günündə ümumi təhsil sahəsində göstərilən elektron xidmətlər, elektron platformalar üzrə fəaliyyətlərin tənzimlənməsi, şagird qəbulu və yerdəyişməsi, məktəb idarəetməsinin əsasları, hesabatlılıq və monitorinq, məktəbdaxili qiymətləndirmə, tədrisdə keyfiyyətin artırılması […]

Paytaxt məktəbində Ənvər Məmmədxanlının 110 illik yubileyi qeyd olunub

Paytaxt məktəbində Ənvər Məmmədxanlının anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib. Bakı şəhəri 301 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, məktəbin direktoru, müəllim və şagirdlər iştirak […]

Astaranın kənd məktəbində şagirdlərin qeyri-adi bacarığı: Model peyklər hazırladılar…

Astaranın Ərçivan qəsəbəsinin 3 nömrəli məktəbin müəllim və şagirdləri təhsil müəssisələri, təhsilalanlar üçün nümunə sayılacaq işlərə imza atıblar.  Onlar xüsusi layihə çərçivəsində model peyklərin layihələndirilməsi və qurulması üzrə bilik və bacarıqlar qazanmaqla yanaşı, bunu tətbiq də ediblər: “Layihə nəticəsində respublikamızın peyk istehsal potensialının yaradılmasına töhfə veriləcək” Astara”SAT” – Kənd şagirdləri üçün model peyklərin layihələndirilməsi və […]

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olub. Məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonalarınaı ziyarət edib, müxtəlif proqramlaşdırma dillərinin tətbiqi ilə müasir İKT avadanlıqları barədə məlumat alıblar. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər […]

Paytaxt məktəblərində monitorinqlər aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir. Monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə tədrisin təşkili vəziyyətinin öyrənilməsi şagirdlərin dərsə davamiyyətinin yoxlanılmasından ibarətdir. Təhsil müəssisələrinin idarə olunması, tədris və təlim-tərbiyə prosesinin təşkilinin effektivliyinin artırılması da monitorinqlərin əsas […]