Mektebgushesi

331 nömrəli məktəbin direktoru vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. Paytaxtdakı 20 nömrəli məktəb-liseyin binasında təşkil olunmuş imtahanda 67 namizəd iştirak edib. Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və […]

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib

16 aprel 2023-cü il tarixində II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib. Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 86 mərkəzdə keçirilən müsabiqənin nəticələrini 26 aprel tarixindən etibarən ttm.edu.az saytında şəxsi kabinetinizdən əldə edə bilərsiniz. Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində […]

Bakıda müəllimdən şagirdə bullinq: “Niyə qız kimisən?”

Bakı şəhərində məktəbdə uşağa qarşı bullinq (bir və ya bir qrup uşağın başqa bir uşağa qarşı bilərəkdən dəfələrlə nümayiş etdirdiyi qərəzli və aqressiv davranış forması – red.) edildiyi iddia olunub. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, 225 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi daimi olaraq məktəbin müəllim heyəti və məktəblilər tərəfindən ayrı-seçkilik […]

“Bir Damcı” şagirdlərin görüşünə gedir – FOTO

  Artıq bir müddətdir ki, ölkə əhalisinin diqqətini sudan səmərəli istifadə vərdişlərinə yönəldən “Bir damcı” kampaniyası çərçivəsində işlər uğurla davam etdirilir. Budəfəki fəaliyyətin əsas məqsədi paytaxt və ətraf qəsəbələrdə yerləşən ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında maarifləndirmə işlərini əhatə edir. Bu məqsədlə layihənin təşkilatçıları ümumtəhsil məktəblərinə səfər edərək 3-6-cı sinif şagirdləri ilə görüşlər keçirib, sudan […]

Lənkəranda bu məktəbdə sinif otaqlarının sayı günü-gündən azalır – VİDEO

Uçub dağılmaqda olan tavan, yararsız halda olan döşəmə, odun sobası ilə qızdırılan sinif otaqları və digər problemlər. Bura Lənkəranın Göyşaban kəndində yerləşən Molla Fəttah Səhban adına tam orta məktəbdir. Bəli doğru xatırlayırsınız. Bu məktəbin vəziyyəti ilə bağlı ötən il də bənzər ifadələrlə dolu bir sujet hazırlamışıq. Budəfəki gəlişimizin səbəbi istifadə olunan dərs otaqlarının sayının günü-gündən […]

Sentyabrdan bütün məktəblərdə şagird davranış qaydalarının tətbiqinə başlanılacaq

Bu ilin sentyabrından bütün ümumtəhsil müəssisələrində şagird davranış qaydalarının tətbiqinə başlanılacaq. Mektebgushesi.az  xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib. Onun sözlərinə görə, bu il fevralın 1-dən 300-ə yaxın məktəbdə yeni şagird davranış qaydaları pilot layihəsinin icrasına başlanılıb və ilkin […]

“Rəqəmsal bacarıqlar” təmayül 10-cu siniflərin sayı artırılacaq

2023-2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika təmayüllü 10-cu siniflərin sayının artırılması və 40 məktəbdə həyata keçirilməsi planlaşdırılır.  Növbəti tədris ilində “Rəqəmsal bacarıqlar” təmayül 10-cu siniflərdə təhsil almaq istəyən 9-cu sinif şagirdləri üçün qeydiyyat prosesi artıq başlayıb. Qeydiyyat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz: – http://digitalskills.edu.az/ – http://digitalskills.edu.az/ru Qeydiyyat prosesindən sonra 9-cu sinif şagirdləri test imtahanında […]

Məktəblilərin “Nağıllar aləminə səyahət” adlı xeyriyyə tamaşası nümayiş olunub

Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdlərinin hazırladığı “Nağıllar aləminə səyahət” adlı xeyriyyə tamaşası nümayiş olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan tamaşa Azərbaycan xalq nağılları və dünya ədəbiyyatı nümunələri əsasında hazırlanıb. Xeyriyyə tamaşasını Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm […]

Məktəblilərin xeyriyyə tamaşası maraqla qarşılanıb

Paytaxtdakı 220 nömrəli məktəb-lisey şagirdlərinin hazırladığı “Nağıllar aləminə səyahət” adlı xeyriyyə tamaşası nümayiş olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdirilən tamaşa Azərbaycan xalq nağılları və dünya ədəbiyyatı nümunələri əsasında səhnələşdirilib. Xeyriyyə tamaşasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri […]

Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılır

15 aprel saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Paytaxtın 120 saylı tam orta məktəbdə oğurluq hadisəsi baş verib

VII sinif şagirdinin gödəkçəsinin itməsi ilə bağlı məktəb rəhbərliyinə məlumat daxil olub. Bununla bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Bu barədə Bakı şəhəri 120 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur. “Pedaqoji Şuranın qərarına əsasən itən şagird əşyalarına məktəb cavabdehlik daşımır. Şagirdin valideyni də bu barədə tərtib olunmuş sənədi imzalayıb”, – deyə məktəbdən […]

53 saylı orta məktəbdə Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş tədbir keçirilib

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş tədbir keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, paytaxtdakı 53 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Yasamal Rayon İcra […]

Mətbuat Şurasının sədri “Məktəbdə…” layihəsində

“Məktəbdə…” layihəsinin növbəti görüşü paytaxtdakı 96 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı yazıçı, jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid olub. Görüşdə R.Məcid məktəb illəri ilə bağlı xatirələrindən, müəllimləri, məktəbli dostları ilə unudulmaz anlarından, öz dövrünün […]

Azərbaycan dövlətçiliyi mövzusunda akademik seminar keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi” mövzusunda akademik seminar keçirilib. Seminar “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Seminarda YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, […]

Paytaxt məktəbində nümunəvi dərslər keçirilib

Paytaxtdakı 83 nömrəli məktəb-liseydə nümunəvi dərslər təşkil olunub. Dərslərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə və sektorun əməkdaşları, məktəb-liseyin rəhbərliyi, həmçinin fənn müəllimləri iştirak ediblər. Nümunəvi dərslərin təşkilində əsas məqsəd fənn müəllimlərinin müasir dərsin quruluşu ilə bağlı əldə etdikləri bacarıqları müxtəlif situasiyalarda tətbiq etmək, təcrübələrini bölüşmək, müasir pedaqoji metodika […]