Mektebgushesi

Bakı şəhəri 180 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan İstiqlal Muzeyinə ekskursiya edib

8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhəri 180 nömrəli tam orta məktəbin müəllimi Sahib Şəmizadə və Şəhla Bünyadovanın təşkilatçılığı ilə şagirdlərin Azərbaycan İstiqlal Muzeyinə ekskursiyası təşkil edilib. Məktəblilər sərgidə muzey fondunda qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlərlə tanış olublar. Sahib Şəmizadə qeyd edib ki, ekskursiyanın məqsədi böyüməkdə […]

Bərdədəki Laçın məktəbi bağlanıb: Təhsil müəssisəsində dörd şagird qalıb – VİDEO

Bərdə rayonunun Qaradəmirçi kəndində fəaliyyət göstərən Laçın rayonu, Aşağı Fərəcan kənd orta məktəbinin bağlandığı bildirilir. Bu iddia ilə məktəbin işçiləri çıxış edib. Xezerxeber.az-ın məlumatına görə, Yasəmən Ələkbərova deyib ki, məktəbdə o və ailə üzvləri çalışıblar. Ənənəvi olaraq sentyabr ayında işə başlamaq üçün gəlsələr də, direktor bu il məktəbin fəaliyyət göstərməyəcəyini bildirib. 1995-ci ildən fəaliyyət göstərən […]

Respublika fənn olimpiadalarının məktəb mərhələsi təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Respublika fənn olimpiadalarının məktəb mərhələsi təşkil edilib. BŞTİ-dən  Mektebgushesi.az-a bildirilib ki, olimpiadaların rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilən məktəb mərhələsində VIII-XI sinif şagirdləri iştirak ediblər. Məktəb mərhələsində şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini […]

206 psixoloq təlimə cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan  məktəb psixoloqları üçün təlimlər keçirilir. Təlimlərin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir. Təlimə Dəstək Mərkəzinin Psixoloji xidmətin təşkili bölməsinin rəhbəri Səidə Əhmədova, bölmənin psixoloqu Aysel Novruzova […]

13 000-dən çox məktəbli  “Bilim Bakı”ya cəlb olunub

Paytaxtın 307 məktəbindən 13 000-dən çox şagird “Bilim Bakı” mərkəzində müxtəlif dərnəklərə və təlim proqramlarına  cəlb olunub. Ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi gənc nəslə XXI əsr bacarıqlarının aşılanmasına, elmi biliklərin təcrübədə tətbiqinə, onlarda texnoloji marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın […]

Sabahdan direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

Oktyabrın 27-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, oktyabrın 27-28-də müsahibə mərhələsində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib. Digər namizədlərə müsahibə mərhələsinin qrafiki barədə mərhələli şəkildə məlumat veriləcək. Qeyd edək ki, müsahibə mərhələsi əyani […]

“7-dən 17-yə vətənpərvər!” layihəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “7-dən 17-yə vətənpərvər!” layihəsinə start verilib. BŞTİ -dən mektebgushesi.az-a verilən məlumata görə, layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir. Layihə çərçivəsində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, xüsusi günləri, eyni zamanda Anım Günü və […]

Rəqəmsal bacarıqlar 53 şəhər və rayon olmaqla ümumilikdə 532 məktəbdə tətbiq edilir

  2023–2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 410 000 nəfərədək şagird və 4 500-dən çox müəllimi əhatə edir. Cari tədris ilində layihəyə 110 000-ə yaxın məktəbli cəlb olunub. Mektebgushesi.az xəbər verir ki, layihə hazırda 53 şəhər və rayon olmaqla ümumilikdə 532 məktəbdə tətbiq edilir. Layihə çərçivəsində yeni tədris ilində 28 məktəbdə 10 və 11-ci siniflər […]

Bakı məktəbliləri SAF 2023-də 60-a yaxın layihə ilə iştirak edəcək

Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcək. Festivala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 160 şagirdin 60-a yaxın layihə ilə qatılması nəzərdə tutulur. Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 4-8 dekabr 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Festival 14 kateqoriya üzrə […]

Azərbaycan dili fənni üzrə monitorinq keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IV, VI, VII və VIII siniflərində 23 oktyabr 2023-cü il tarixində monitorinq keçirilib. BŞTİ tərəfindən Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin […]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə seminarlar başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri üçün təşkil olunmuş seminarlar başa çatıb. Seminarlarda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər. Mehriban Vəliyeva məktəb […]

Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

  Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də oktyabrın 23–31-i tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu […]

295 nömrəli tam orta məktəbdə “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 295 nömrəli tam orta məktəb və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda “Dəyirmi masa” keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən “Dəyirmi masa”da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, […]

Təhsil müəssisələrində Müstəqilliyin Bərpası Günü qeyd olunub

Paytaxtın ümumi təhsil müəssisələrində 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib. Təhsil müəssisələrində müstəqilliyin bərpasının 32-ci ildönümünə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Eləcə də məktəblərdə bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri, intellektual oyunlar, şagirdlərin əl işlərindən ibarət […]

“Deneyap” gələcəyin texnologiya istedadlarını yetişdirir  

“Deneyap” laboratoriyasına 80 paytaxt məktəblisi cəlb olunub. Məktəblilərə XXI əsr bacarıqlarını əldə etməyə imkan verən “Deneyap” texnologiya laboratoriyasında şagirdlər dizayn və istehsal, robototexnika və kodlaşdırma, aviasiya və kosmik texnologiyalar, nanotexnologiya və materialşünaslıq, süni intellekt, kibertəhlükəsizlik, mobil tətbiq və digər mövzular üzrə iki illik texnologiya təhsili alırlar. Qeyd edək ki, layihə əsaslı “Deneyap” texnologiya laboratoriyası gələcək dövrün ehtiyaclarını […]