Mektebgushesi

Məktəblərdə qızılcaya görə şagirdlərin temperaturu ölçülür – FOTO

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bəzilərində şagirdlərin və işçilərin hərarəti ölçülüb. Mektebgushesi.az -ın məlumatına görə, məktəblərə daxil olan hər bir şəxsin temperaturunun ölçülməsinə səbəb son günlər uşaqlar arasında yayılan qızılca xəstəliyidir. Qeyd edək ki, bir neçə gün əvvəl Kürdəmirdə, Bakıda və bu gün Sabirabadda uşaqlar qızılcadan vəfat ediblər. Xatırladaq ki, ötən gün elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə hazırda […]

Paytaxt məktəblərində monitorinqlər aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir. Monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə təhsil mühitinin öyrənilməsindən ibarətdir. Təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, inzibati heyətin fəaliyyəti, metodiki işin təşkili monitorinq zamanı […]

Bakı məktəblərində rəqəmsal summativ qiymətləndirmələr keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində rəqəmsal summativ qiymətləndirmələr keçirilir. Rəqəmsal summativ qiymətləndirmələr Microsoft TEAMS proqramı vasitəsilə aparılır. Sualların tərtib olunması və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən həyata keçirilir. Şagirdlər nəticələri barədə yerində məlumat əldə edirlər. Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmə Azərbaycan Respublikası Elm və […]

Məktəblərdə dəm qazından qorunma yolları barədə maarifləndirmə işləri aparılacaq

  Bu ilin dekabr ayından SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Elm və Təhsil Nazirliyi ilə birgə ümumi təhsil müəssisələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə işləri aparacaq. Elm və Təhsil Nazirliyindən bildirilib ki, layihə çərçivəsində 5, 6 və 7-ci sinif şagirdləri arasında təbii qazdan təhlükəsiz istifadə, mənzillərdə qaz iyi hiss etdikdə görülməsi vacib tədbirlər və […]

Televiziya rəhbəri “Məktəbdə…” layihəsində

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov “Məktəbdə…” layihəsinin qonağı olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 1 nömrəli tam orta məktəbdə keçirilib. Qonaq əvvəlcə məzunu olduğu məktəblə tanış olub, müəllimlərlə görüşüb, söhbətləşib. B.Qasımov məktəb illəri, müəllimləri, […]

Fövqəladə hallara dair maarifləndirici tədbir keçirilib

Paytaxtdakı ümumi təhsil müəssisəsində fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici tədbir keçirilib. Bakı şəhəri 166 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşı Rövşən Ağayev, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Nizami Fərəcov və Fərid İlhamoğlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) […]

“Kiçik Akademiya”ların I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib

“Heydər Əliyev İli”nə həsr olunmuş “Kiçik Akademiya” üzvlərinin I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib. Paytaxtdakı 307 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu […]

Agentlik: 2024-cü ildə ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası həyata keçiriləcək

  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yarandığı ilk günlərdən Elm və Təhsil Nazirliyi tərəfindən qarşımıza qoyulan ən vacib tapşırıqlardan biri ümumi təhsildə keyfiyyət üzrə monitorinq və qiymətləndirmə aparılması, ümumi təhsildə keyfiyyət əsaslı dəyişikliklərə töhfə verilməsi olub. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədrin səlahiyyətlərini müvəqqəti icra edən Kamran Rəsulov “Ümumi […]

İcbari dispanserizasiya Bakıda şagirdlər arasında hansı xəstəliklərin olduğunu aşkara çıxardı – FOTO

Bakıda məktəbdə bəzi şagirdlərdə xəstəliklər aşkarlanıb. Bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, mərkəzin strukturuna daxil olan tibb müəssisələri uşaqların icbari dispanserizasiyasını davam etdirir: “İcbari dispanserizasiya uşaqların mütəmadi olaraq tibbi müayinələrdən keçirilməsidir. Növbəti tədbir 201 saylı orta məktəbdə aparılıb və bəzi şagirdlərdə xəstəliklər aşkarlanıb. Tədbirdə LOR, pediatr, oftalmoloq, stomatoloq, cərrah, həkim-nevropatoloq […]

Uşaqların müdafiəsi və təhlükəsizliyinə dair görüşlər keçirilir    

Paytaxtdakı məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə uşaq müdafiəsi və təhlükəsizliyi mövzusunda görüşlər keçirilir. Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı  Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşlər Binəqədi, Səbail, Qaradağ, Sabunçu, Suraxanı və Yasamal rayonlarını əhatə edib. Görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, […]

Paytaxt məktəbliləri 116 layihə ilə SAF 2023-də iştirak edəcək

Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcək paytaxt məktəblilərindən ibarət komandaların layihələrinə baxış keçirilib. STEAM İnnovasiya Mərkəzində təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Agentliyin və İdarənin müvafiq struktur bölmə […]

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

  Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində işləyən gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirmə prosesi təşkil olunacaq. Elm və Təhsil Nazirliyindən bildirilib ki, proses ölkə üzrə 13 imtahan mərkəzində həyata keçiriləcək. Test imtahanlarında hər müəllimə tədris etdiyi fənnə dair 50 sual, tədris metodikası və təlim strategiyalarına dair […]

Qəhrəman oğulların Vətən sevgisindən bəhs olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 83 nömrəli məktəb-liseydə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov, Binəqədi Rayonu İcra Hakimiyyəti (RİH) başçısının müavini Sevinc Süleymanova, BŞTİ-nin sektor müdiri Günay Qurbanova, RİH-in nümayəndələri, şəhid ailələri, müəllimlər şagirdlər və digər […]