Mektebgushesi

Məktəblərdə Xocalı soyqırımına dair silsilə tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Təhsil müəssisələrində “Xocalısız 28 il”, “Xocalı soyqırımı tarixin qan yaddaşıdır”, “Xocalı-əsrin faciəsi”, “Unutsaq unudularıq”, “Bir yurd vardı-Xocalı”, “Xocalı uşaqların gözü ilə”, “Xocalı fəryadı”, “Xocalıya gedən yol”, “Bir şahidin beş şəhidi” və digər mövzularda dərslər, mühazirələr, “Dəyirmi […]

İlk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində fevralın 26-da ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib. “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən tədris olunan dərslər Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən […]

Respublika fənn olimpiadası-nın yarımfinal turu keçirilib

Bakı Mühəndislik Universitetində  informatika fənni üzrə “Respublika fənn olimpiadası”nın aşağı yaş qurupu üzrə yarımfinal turu keçirilib.  Mektebgushesi.az xəbər verir ki, müsaqiqədə ümumtəhsil məktəblərindən 82 şagird (9-cu sinif) iştirak edib.  Müsabiqə IOI (Beynəlxalq İnformatika Olimpiadası) qayadaları əsasında onlayn olaraq keçirilib.  Məktəblilərə 5 alqoritmik məsələni 4 saat ərzində həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi ilə […]

“Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisi

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib. “Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisində BŞTİ-nin müdiri Rəşad Tağıyev, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, idarənin əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər. Tədbirdə Xocalı faciəsi […]

Breyn-rinq bilik yarışının növbəti mərhələsi

Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışının III mərhələsi keçirilib. Bilik yarışının bu mərhələsində paytaxtdakı 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvləri iştirak ediblər. Yarışın bu mərhələsində şagirdlər kimya, biologiya, fizika, coğrafiya fənləri üzrə bilik və bacarıqlarını sınaqdan keçiriblər. Mərhələnin sonunda 76 nömrəli tam orta […]

Peşə təmayüllü siniflərin şagirdləri təcrübə səfərində

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin peşə təmayüllü siniflərinin şagirdləri üçün təcrübə səfəri təşkil olunub. Təcrübə səfərinə 9 ümumi təhsil müəssisəsindən  200-ə yaxın şagird cəlb edilib. Səfərin təşkil edilməsinin əsas məqsədi şagirdləri potensial iş yerləri ilə tanış etmək və ixtisaslarla bağlı real iş mühitini göstərməkdir. Təcrübə “Hilton Baku” oteldə həyata keçirilib. Şagirdlər kiçik qruplara […]

Sabah Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Fevralın 23-də Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mektebgushesi.az-a bildirilib ki, yarımfinal turu paytaxtda 7 mərkəzdə təşkil ediləcək. Belə ki, Nərimanov rayonu 36, Nizami rayonu 229, Binəqədi rayonu 276, Xətai rayonu 138, Nəsimi rayonu 54 nömrəli tam orta məktəblər, ADA və Bakı Mühəndislik universitetləri olimpiada mərkəzləri olaraq təyin edilib. Olimpiadanın respublika […]

Məktəblərdə Beynəlxalq Ana Dili Günü qeyd olunub

Ümumi təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirilib. Paytaxt məktəblərində “Dilimiz-dəyərimiz”, “Anladım ki, ana dilim, ürəyimdən çıxmaz mənim!”, “Dilimiz varlığımızdır!” , “Millətin milliliyini saxlayan onun dilidir”, “Ana dilimizi sevək və sevdirək!”, “Ana dilim-doğma dilim”, “Mənim ana dilim-mənim kimliyim, pasportum özümə öz hakimliyim”, “Azərbaycan dili milli varlığımızdır” və digər mövzularda […]

Məktəblilər arasında bilik yarışı keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında tarix fənni üzrə bilik yarışı keçirilib. “Tariximizə nəzər salaq” adlı bilik yarışı “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən təşkil olunub. 2 mərhələdən ibarət yarışda 59, 76, 270, 280 və 317 nömrəli tam orta məktəblərin komandaları iştirak ediblər. Yarışın nəticələrinə əsasən 280 nömrəli tam […]

Yol Polisi məktəblilərə mükafat verdi – FOTOLAR

Şagirdlərin yol hərəkəti qaydaları haqqında biliklərinin təkmilləşdirilməsi məqsədilə tədbir keçirilib.  Mektebgushesi.az Oxu.Az -a istinadla xəbər verir ki, maarifləndirici tədbir Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə paytaxtın Humanitar Fənlər Təmayüllü məktəb-liseyində baş tutub.  Tədbirdə altıncı sinif şagirdləri və müəllim kollektivi iştirak edib. Şagirdlər arasında “Yol hərəkəti haqqında qanun”un müvafiq maddələri əsasında kiçik bilik yarışması […]

Gənc rəssamlar təltif edilib

Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında 2019-cu il ərzində beynəlxalq uşaq rəsm və incəsənət müsabiqələrində qalib olmuş dərnək üzvlərinin təltifetmə mərasimi və “Qış Möcüzəsi” adlı sərgi keçirilib. Tədbirdə Təhsil Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının əməkdaşları, Mərkəzin kollektivi, dərnək üzvləri və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçılarına ötən il Mərkəzin dərnək üzvlərinin […]

V İngilis dili olimpiadası keçiriləcək

Ümumi təhsil məktəblərinin IX və X sinif şagirdləri arasında V İngilis dili olimpiadası keçiriləcək. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, məktəblilərin müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək və akademik ingilis dili biliklərinə yiyələnmələrinə kömək etməkdən ibarətdir. Olimpiadanın aprelin 4-də keçiriləcək ilk turunda şagirdlər ingilis dilinin qrammatikası və oxu qabiliyyəti üzrə 50 […]

“Plastiksiz həyat uşaqların gözü ilə”

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf  Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Plastiksiz həyat uşaqların gözü ilə” rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri barədə uşaqların fikirlərinin öyrənilməsi və rəsm əsərlərində əks etdirilməsindən ibarət olub. Tədbirdə çıxış edənlər ətraf mühitə həssaslığın artırılması, qorunması, […]

Psixointellektual breyn-rinq oyununa start verilib

Paytaxtdakı ümumi təhsil müəssisələrinin şagirdləri arasında psixointellektual breyn-rinq oyununa start verilib. Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan oyunların əsas məqsədi məktəblilər arasında xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqəti artırmaq, müvafiq qrupa daxil olma ehtimalı olan şagirdlərin istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə bacarıqlarını inkişaf etdirməkdən […]

Müəllim, valideyn və şagirdlər bilik yarışında

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 12 nömrəli tam orta məktəbdə müəllim, valideyn və şagirdlərin iştirakı ilə bilik yarışı keçirilib. “Hədəfimiz, amalımız eynidir” adlı bilik yarışında IX-XI sinif şagirdləri, müəllim və valideynlərdən ibarət komandalar yarışıb. Bilik yarışının keçirilməsində məqsəd müəllim, şagird, valideyn münasibətlərini inkişaf etdirmək, şagirdlər arasında rəqabəti gücləndirmək, məktəblilərin intellektual səviyyəsini artırmaq, onların istedadlarının […]