Mektebgushesi

Kirayədə yaşayan valideynlər övladlarını I sinfə qeydiyyatdan necə keçirə bilərlər?

Təhsil Nazirliyi Bakı şəhəri üzrə I sinfə qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşların uşaqlarını elektron sistemdə qeydiyyatdan keçirməsi qaydasını açıqlayıb. Nazirlikdən Mektebgushesi.az -a bildirilib ki, Bakıda üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunan məktəblərdə, ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, […]

“Bizim müəllim” layihəsi davam edir

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin müəllimi Vəfa Qocayevaya həsr olunub. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, V.Qocayeva sözügedən məktəbdə rus dili və ədəbiyyatı fənnini tədris edir. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 52 bal toplayıb. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində […]

Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa çatıb. BŞTİ-dən Mektebgushesi.az -a bildirilib ki, paytaxt məktəbliləri arasında fevralın 27-də keçirilmiş müsabiqənin rayon mərhələsində 249 ümumtəhsil müəssisəsindən 747 şagird iştirak edib. Şagirdlər 2 akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun […]

“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsinin qalibləri bəlli olub

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında fevralın 15-də keçirilmiş müsabiqənin şəhər mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 207 nömrəli tam orta məktəbin X sinif şagirdi Xədicə İbrahimova, 26 nömrəli tam orta məktəbin X sinif şagirdləri Jalə Ağazadə və Rəşad Hüseynov, 299 nömrəli məktəb-liseyin X sinif şagirdi Nigar Nəcəfzadə, 281 nömrəli tam orta məktəbin […]

Azərbaycanda dərs zamanı tavanı çökən məktəbdə tədris davam edir – FOTOLAR

Goranboy rayonunun Boluslu kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.  Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat verib.  230-dan artıq şagirdin təhsil aldığı məktəb binasının tavanı ötən ilin sentyabrında, ikinci sinif şagirdlərinin ilk dərs keçdiyi zaman çöküb.  Məktəb üç korpusdan ibarətdir. İkimərtəbəli birinci korpusun bir əsrdən artıq yaşı var. Tavanı çökən ikinci korpus isə 1967-ci ildən fəaliyyət göstərir. Hazırda […]

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

Ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir. Paytaxtdakı 54 nömrəli tam orta məktəbdə həyata keçirilən dezinfeksiya prosesini KİV nümayəndələri də izləyib. Məlumat verilib […]

Fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb. Nəticələrə əsasən, hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər fənn olimpiadalarının final turunda iştirak etmək hüququ qazanıblar. […]

Kənd məktəbində “Ana dilini sevək, sevdirək!” adlı tədbir kecirilib

Ağdaş rayon Ovculu kənd ümumi orta məktəbində “Beynelxalq Ana Dili Günü” münasibət ilə tədbir kecirilib. Tədbiri məktəbin Ana dili və ədəbiyyat müəllimi Ləman Cəfərova açıq elan edib. Müəllim və şagirdlərin iştirakı ilə Azərbaycanın himni səslənib. Sonra, məktəbin direktoru tədbirin əhəmiyyəti barədə danışıb. Tədbirin təşkilatçısı Ləman Cəfərovaya məktəblilərin dilimizi sevməsində aşladığı vərdişlərə yiyələnməkdə və bu kimi […]

Uşaqların müsahibə prosesi izlənilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin təhsil digər dildə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə prosesi izlənilib. BŞTİ-nin struktur bölmə rəhbərləri, valideynlər və media nümayəndələri müsahibənin gedişini yaxından izləyib, bu proseslə bağlı onları maraqlandıran suallara aydınlıq gətirilib. Media nümayəndələrinə Müsahibə komissiyalarında yaradılan şərait, […]

Müəllim və valideynlər qəbul edilib

Fevralın 28-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq […]

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr · İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)), tünd-göy və ya qara rəngdə yazan diyircəkli […]

Məktəbli şahmatçıdan növbəti beynəlxalq uğur

Paytaxt məktəblisi Aydın Süleymanlı beynəlxalq şahmat festivalının qalibi olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 249 nömrəli tam orta məktəbin şagirdi olan gənc şahmatçımız Moskvada keçirilən “Aeroflot open” şahmat festivalının güclü A turnirində 9 turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında Aydın Süleymanlı “Günün adamı” elan edilib […]

Xalça sənəti ilə bağlı kənd məktəbindən maraqlı təşəbbüs

Xalça sənəti də Azərbaycanın tarixi qədər qədimdir. Təsadüfi deyil ki, Azərbaycan Türk dünyasının ən qədim kəndlərindən biri olan Bico kəndində hələ orta əsrlərdə toxunmuş xalçalar bu gün dünyanın müxtəlif muzeylərində saxlanmaqdadır. İntibah dövrünün böyük rəssamı, niderlandlı Hans Memlinq “Məryəm öz körpəsi ilə” tablosunu yaradarkən məhz Bico xalçalarının kompozisiyasından istifadə etmişdir.  Təəssüflər olsunki, bu qədim sənət Bico […]

İbtidai sinif şagirdləri üçün müsabiqə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında “Oxu və əylən!” müsabiqəsinə start verilib. Müsabiqənin təşkil edilməsində məqsəd ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdlərinin müxtəlif müsabiqələrə cəlbini daha da genişləndirmək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş […]

“Gənc istedadlar” liseyində Xocalı faciəsinin 28-ci ildönümü anılıb

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Xocalı faciəsinin qurbanları anılıb. Tədbiri “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov açaraq ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən soyqırımın təkcə azərbaycanlılara deyil, insanlığa qarşı törədilən cinayət olduğunu bildirib. Anım mərasimində faciə qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BDU-nun Tarix fakültəsinin professoru Nuru […]