Mektebgushesi

Yaradıcılıq müsabiqəsinin ilk mərhələsi keçirilib

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan gənc fiziklərin yaradıcılıq müsabiqəsinin məktəbdaxili mərhələsi keçirilib. IX, X, XI sinif şagirdlərinin iştirak etdiyi I mərhələdə məktəblilər 2 akademik saat ərzində ümumi təhsil müəssisələrinin proqramlarına uyğun hazırlanmış 30 sualdan ibarət test tapşırığını və 2 məsələni həll ediblər. Məktəbdaxili yarışmada qalib gələn komandalar fevralın 21-də keçiriləcək rayon mərhələsində iştirak […]

“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi

“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçirilib. Müsabiqənin şəhər mərhələsində Bakı şəhərinin 12 inzibati rayonu üzrə VIII-XI sinif şagirdləri 3 saat vaxt ərzində yazılı tapşırıq yerinə yetiriblər. Tapşırıqların cavabları müvafiq meyarlar əsasında qiymətləndiriləcək. Müsabiqənin yekun turu isə mart-aprel aylarında Bakı şəhərində təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və […]

“Sabahın alimləri” müsabiqəsində 17 paytaxt məktəblisi qalib olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 17 şagirdi “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qalibi olub. Belə ki, 7 nömrəli tam orta məktəbin şagirdləri Emil Rüstəmli və Ağabagir Əliyev I yeri tutaraq qızıl medala layiq görülüblər. Bakı şəhəri 177 nömrəli tam orta məktəbin şagirdi Leyla Məmmədzadə, 175 nömrəli tam orta məktəbin şagirdi Nigar […]

Vaxtından əvvəl təhsilini başa vuracaq istedadlı şagirdlərin nəticələri məlum oldu

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub. Mektebgushesi.az xəbər verir ki, imtahanlarda şagirdlərin hazırda təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılıb və ibtidai təhsil səviyyəsi üzrə 3 […]

Ümumtəhsil məktəblərində Təhlükəsiz İnternet Günü ilə bağlı açıq dərslər keçirilib

Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü ənənəvi olaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə təşkil edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, nazirlik Təhsil Nazirliyi ilə birgə Bakı, Gəncə, Mingəçevir, Bərdə, Şamaxı, Lənkəran, Qəbələ də daxil olmaqla ölkənin 70 ümumtəhsil məktəbində informatika müəllimləri […]

Məktəblilər arasında yarış keçirilib

Paytaxt məktəbliləri arasında “Plastik torbalar və bağlamalar qadağan olunmalıdır” mövzusunda yarış keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 189-190 nömrəli tam orta məktəbdə təşkil olunmuş yarışda BŞTİ-nin müdir müavini Raman Məmmədov, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Tural Əhmədov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, İdarənin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Britaniya Şurasının […]

“Şagirdlərin dərsə davamiyyətində ciddi bir problem müşahidə edilmir”

“Məktəblərdə istilik problemi ilə bağlı xüsusi hallara dair siqnal Təhsil Nazirliyinə daxil olmur. Belə hal baş verdikdə belə Təhsil Nazirliyinin bu məqsədlə xüsusi yaradılmış qrupları var ki, onlar lazımi tədbirləri vaxtında həyata keçirə bilər”. Mektebgushesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Nazir müavini soyuq hava şəraitdə şagirdlərin davamiyyət məsələsinə də […]

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Fevralın 23-də cari tədris ili üçün respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildiriblər ki, yarımfinal turu Bakı şəhərində 6, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 11 mərkəz olmaqla ümumilikdə 18 mərkəzdə təşkil ediləcək. Şagirdlərin yarımfinal tur üçün qeydiyyat və yerləşdirilməsi prosesi www.olimpiada.edu.az  saytı vasitəsilə fevralın 15-dək həyata keçirilir. Qeyd edək ki, Respublika […]

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsi keçiriləcək. Müsabiqə IX, X, XI sinif şagirdləri arasında 3 mərhələdə təşkil olunacaq. Fevralın 14-də ümumi təhsil müəssisələrində təşkil olunacaq məktəbdaxili yarışda qalib gələn komandalar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin II mərhələsində (21 fevral […]

Paytaxt üzrə 5 017 şagird olimpiadanın yarımfinal turunda

Respublika fənn olimpiadalarının yarımfinal turuna qeydiyyat başlayıb. Qeydiyyat www.olimpiada.edu.az saytı vasitəsilə fevralın 15-nə kimi davam edəcək. Yarımfinal turuna rayon (şəhər) mərhələsində uğur qazanan və ötən tədris ili üzrə beynəlxalq fənn olimpiadalarında qalib gəlmiş şagirdlər cəlb olunacaqlar. Olimpiadada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1 257, riyaziyyat […]

Müəllim və valideynlər qəbul edilib

Fevralın 7-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq […]

Eksternlər üçün yekun imtahanlar olacaq

Eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında uğur qazanmış şəxslər üçün yekun qiymətləndirmə keçiriləcək. Belə ki, ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə yekun imtahanların I mərhələsi 29 mart, II mərhələsi isə 5 iyul tarixlərində olacaq. Tam orta təhsil səviyyəsi (XI sinif) üzrə isə yekun imtahan 26 aprel […]

Paytaxt məktəbliləri arasında “Avropa Pul Viktorinası” keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Avropa Pul Viktorinası” keçiriləcək. “Avropa Pul Viktorinası” məktəblilərin maliyyə savadlılığının artırılması və onların müvafiq istiqamət üzrə maarifləndirilməsi məqsədilə keçirilir. Viktorinada iştirak edəcək 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar veriləcək. İki mərhələdən […]

Xüsusi hallar və həssas qruplarla işə dair “Dəyirmi masa” keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda “Dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da BŞTİ-nin müdiri Rəşad Tağıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, paytaxtın Rayon İcra hakimiyyətlərinin, Bakı şəhər […]

Bir məktəbin 9 şagirdi qalib olub

Paytaxt məktəbliləri Bakıda keçirilən budo döyüş növləri üzrə dünya kuboku turnirində parlaq uğurlar qazanıblar. Mektebgushesi.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 180 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Mustafa Məmmədzadə, 7-ci sinif şagirdi Rəsul Şirvanlı I, 6-cı sinif şagirdləri Elmir Bəşirli və Rəvan Şahverdiyev, 2-ci sinif şagirdləri Kərəm Şükürov və Orxan Ağazadə, […]