Mektebgushesi

Müəllim və valideynlərin nəzərinə!

Yanvarın 31-də paytaxtın Xəzər, Sabunçu və Pirallahı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 326 nömrəli […]

I yarımil üzrə qiymətləndirmə başa çatıb

Ümumi təhsil məktəblərində 2019-2020-ci tədris ilinin I yarımili üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) başa çatıb. BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. BSQ vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb. BSQ məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti […]

Məktəblərdə qış tətili başlayıb

Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb. Mektebgushesi.az  xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir. Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) olacaq. Tətildən sonra altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür. 

Xırdalanda 2 məktəblini dərsə gedərəkən minik avtomobili vurub

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərəkən minik avtomobili vurub. Mektebgushesi.az xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov sosial şəbəkədəki şəxsi hesabında bildirib. “Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini Bakı City Hospitalda davam […]

Məktəblilərin beynəlxalq idman uğurları -FOTO

Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sırası genişlənməkdədir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 270 nömrəli tam orta məktəbin V sinif şagirdi Cansu Əhmədzadə karate üzrə Gürcüstanda keçirilən beynəlxalq turnirdə qalib gələrək Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib. Bu qalibiyyətinə görə Cansu Əhmədzadə qızıl medal və diplomla mükafatlandırılıb. Paytaxtdakı 25 nömrəli tam orta məktəbin X […]

Lənkəran rayon Viravul kənd məktəbinin gənc direktorundan yenilik

 Lənkəran rayon Viravul kənd 2 nömrəli tam orta məktəbinin gənc direktoru Araz Babayevin təşəbbüsü ilə böyük summativ qiymətləndirmənin mərkəzləşdirilmiş qaydada təşkil olunub. “Bir” könüllü-tələbə proqramının könüllüləri nəzarətçilik və yoxlama prosesinin təşkilinə cəlb ediliblər. Öhdəliklərini yüksək səviyyədə həyata keçirən könüllülər məktəb direktoru tərəfindən təşəkkürnamə ilə qiymətləndirilib.  “Böyük Summativ Qiymətləndirmə zamanı obyektivliyi daha da artırmaq məqsədi ilə […]

Ələmdar Quliyev – “İmişli məktəblərində mərkəzləşdirilmiş qaydada sınaq imtahanı keçirilib”

“Hazırda İmişli rayonunda 60 məktəb fəaliyyət göstərir. Onlardan 57-i tam orta, 3-ü isə ümumorta təhsil məktəbidir”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri açıqlamasında  İmişli Rayon Təhsil Şöbəsinin müdiri  Ələmdar Quliyev deyib. O, 9-cu sinif buraxılış imtahanlarına geniş şəkildə hazırlandıqlarını qeyd edib. “Rayunumuzda 60 məktəbdə 81 sinif komplekti mövcuddur. Burada şagirdlərin sayı 1284 nəfərdir. 9-cu sinif buraxılış imtahanlarına […]

Gənc müəllimin fərqli dərs üslubu – VİDEO

Biləsuvar rayonunda Cürəli kənd tam orta məktəbin fransız dili müəllimi ibtidai siniflərdə fransız dilinin sevdirmək məqsədi ilə yeni üsuldan istifadə edib. Məktəbin fransız dili müəllimi Tural Hüseynovun redaksiyamıza göndərdiyi videodan da göründüyü kimi şagirdlər dərsdə xüsusi fəallıq göstərirlər. Belə ki, şəkillərin altında fransızca yazılan sözlərin şəkildəki əşyaya uyğun olub olmadığını (düz və ya səhv) III […]

Lənkəran məktəblərində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Şürük və Viyən kənd tam orta məktəblərində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, […]

20 Yanvar faciəsinə həsr olunmuş sərgi

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzləri şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgidə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar […]

İstedadlı şagirdlər eksternat qaydasında imtahan verib

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. Eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunub. Qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib. Nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış komissiya tərəfindən 100 ballıq […]

20 Yanvara həsr olunan xüsusi dərslər keçirilib

Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirilib. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə […]

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır.  Təhsil Nazirliyindən Mektebgushesi.az-a verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək.  Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür. Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan sualları hər fəndən 10 sual olmaqla […]