Mektebgushesi

Məktəblilərin mübahisəsi qanla bitdi

Bakıda 17 yaşlı orta məktəb şagirdi bıçaqlanıb.  “Report” xəbər verir ki, hadisə Nərimanov rayonundakı 82 saylı orta məktəbdə qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Salmanov Veysəl Ramiz oğlu orta məktəbdə mübahisə edərkən bıçaq xəsarəti alıb. Onun kim tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. https://mektebgushesi.az

İdman Akademiyasında BIÇAQLANMA

Bakıda ali məktəbdə bıçaqlanma hadisəsi olub.   “Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həyətində baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Quliyev Mehram Dilavət oğlu tanışı ilə mübahisə edib. Nəticədə o, tanışı tərəfindən bıçaqlanıb. Xəsarət almış M.Quliyev xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, M.Quliyev Azərbaycan Tibb Universitetinin tələbəsidir. […]

İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirdi. Bu il ilk dəfə olaraq ali məktəblərə qəbul imtahanları aprel ayında baş tutdu. İmtahanların aprel ayında keçirilməsinin özəl səbəbi varmı? DİM mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. “İmtahanlar Dövlət  […]

ABŞ-da universitetə hücum: 1 ölü

ABŞ-da naməlum şəxs universitetə hücum edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Texas ştatında, Ostin şəhərində baş verib. Məlumata görə, naməlum şəxsin soyuq silahla hücumu nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Məlumatda bildirilir ki, polis bir nəfəri saxlayıb. Hadisə nəticəsində xəsarət alanların dəqiq sayı məlum deyil. https://mektebgushesi.az

Şahlar Əskərov:-"NƏZARƏTDƏN KƏNAR QALAN MƏKTƏBLƏR… – DİREKTORLARIN ÖZBAŞINALIĞI"

“Keçid dövrüdür, bu vaxtda nəzarətdən kənar qalan məktəblər olub”. Bunu Sherg.az-a 419 təhsil müəssisəsində normativdən artıq 665 ştat vahidinin mövcudluğunun aşkarlanmasına münasibət bildirərkən təhsil eksperti Şahlar Əsgərov deyib. O bildirib ki, maraqlısı budur, Təhsil Nazirliyi dövlət qurumu kimi bu halları üzə çıxarıb, ictimaiyyətə bəyan edir: “Maliyyə Nazirliyinin diqqətinə çatdırılır ki, ölkədə bu qədər artıq ştat […]

Bilal İsmayılov: " Xarici dili öyrənən şəxslər bunu ana dilinin əsasında mənimsəməlidir”"

Bunu  xarici dil dərsliklərinin xarici ölkələrdən alınmasına münasibət bildirərkən filologiya elmləri doktoru, professor Bilal İsmayılov deyib. O bildirib ki, təlimdə buna “şüurlu prinsip” deyirlər: “Mən Lelinqrad məktəbini bitirmişəm. Məktəbin əsasını qoyan dilçi-alim Şerbanın belə bir fikri var idi ki, şagirdin beynindən ana dilini qoparıb çıxartmaq olmaz. Bir var, şüurlu prinsiplə dil öyrənmək, bir də var […]