Gənclər İttifaqının təşkilatçılığı ilə Azərbaycan Rəqs Assosiyasiyası, Azərbaycan Cherlidinq Birliyi, Beynəlxalq Rəqs və İncəsənət Federasiyası (WADF) dəstəyi əsasında Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında I Beynəlxalq İncəsənət Olimpiadası keçirilib.
Festival “Musiqi”, “Rəqs”, “Xor”, “Teatr”, “Bədii qiraət”, “Vokal”, “Moda” və s. nominasiyalar üzrə təyin olunub. Münsiflərin qərarı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs “SABAH” qrupu Teatr və kino aktyoru ixtisasında təhsil alan Hüseynağa Aslanov “Teatr” və “Bədii qiraət” nominasiyaları üzrə I yerə layiq görülüb. H.Aslanov “Teatr” nominasiyası üzrə Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” pyesini, “Bədii qiraət” nominasiyası üzrə isə Robert Rojdestvenskinin “Rekviyem” poemasını ifa edib.
Qeyd edək ki, tələbə həmçinin Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsində iştirak edib. III kurs “SABAH” qrupu Teatr və kino aktyoru ixtisasında təhsil alan Hüseynağa Aslanovun məqaləsi 150 məqalədən seçilərək ilk beşliyə daxil olub və diplom ilə təltif edilib.
https://mektebgushesi.az

Bənzər yazılar