Saatlı şəhər 2 nömrəli tam orta məktəbində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) tərəfindən rayon ümumtəhsil məktəblərinin ixtisasartırma təlimlərində iştirak etmiş Azərbaycan dili, riyaziyyat və ibtidai sinif müəllimlərinin yekun qiymətləndirilməsi keçirilib.
TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin təşkil etdiyi 120 saatlıq ixtisasartırma təlimlərində rayon ümumtəhsil məktəblərində çalışan 165 ibtidai sinif, 84 riyaziyyat və 75 Azərbaycan dili müəllimi olmaqla, ümumilikdə 324 müəllim iştirak edib. Təlimləri bitirmiş müdavimlər TİPİİ-nin qiymətlədirmə şöbəsi tərəfindən təşkil edilən yekun imtahanlarında iştirak edib.
Müəllimlər iki saat ərzində onlara ixtisasları üzrə təqdim olunmuş 60 sualı cavablandırıblar.
 
https://mektebgushesi.az

Bənzər yazılar