Ağdaş rayon Ovculu kənd ümumi orta məktəbində İlaxır çərşənbə ilə əlaqədar olaraq açıq dərs keçirilib.

Dərs müasir standartlara cavab verən kurikulumun yüksək dərəcədə tətbiqi ilə digər dərslərdən seçilib. Müasir texnologiyalardan, qiymətləndirmə standartlarından, yaradıcı tətbiq etmədən, yerli yerində istifadə olunub. Açıq dərsin təşkilatçılığını və idarə edilməsini Xanım Məmmədova həyata kecirib. Açıq dərsdə mövzu ilə bağlı rollu oyunlar – səhnəciklər nümayiş olunub. Şagirdlər qruplara bölünüblər: Torpaq, Od, Yel və Su adlandırılıblar. Açıq dərsdə Yel və Torpaq çərşənbəsi qrupları ən yüksək nəticə göstərərək öz aktivlikləri ilə xüsusilə fərqləniblər.

Novruz bayramının bütün adət-ənənəsi nəzərə alınaraq keyfiyyətli və səmərəli dərs prosesi qurulub

Bənzər yazılar