Mektebgushesi

Türkiyədə azərbaycanlı tələbə yıxılaraq ağır xəsarət alıb – VİDEO

Türkiyədə azərbaycanlı tələbə yataqxana binasından yıxılıb. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Karaman şəhərinin Fenari məhəlləsində Molla Fenari prospektində qeydə alınıb. Belə ki, Karamanoğlu Mehmetbey Universitetində tibb təhsili alan 20 yaşlı Həmdəmin Balakişiyev qaldığı tələbə yataqxanasının 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən düşərək ağır xəsarət alıb. Məlumata görə, H.Balakişiyev epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkirmiş. Tələbə yoldaşları onun hava almaq […]

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbulla bağlı imtahan keçirilir

Aprelin 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə 2019-2020-ci tədris ili üçün şagirdlərin qəbulu ilə bağlı imtahan keçirilir. Mektebgushesi.az AZƏRTAC-a istinadən  xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən imtahanda 48 yer üçün 1227 uşaq imtahan verir. Bu da məktəblilərimizdə hərb sənətinə və sərhədçi peşəsinə marağın artmasından xəbər verir. Tam şəffaf və aşkarlıq […]

III ixtisas qrupunu seçmiş abituriyentlər üçün müsabiqə şərtləri

 Xəbər verdiyimiz kimi, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu martın 15-dən aprelin 15-dək davam edəcək.  Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən, III ixtisas qrupu üzrə müsabiqə şərtlərin təqdim edir: Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır; Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici […]

ABŞ səfirliyi magistr proqramına qəbul elan edir

ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşları olan namizədlər arasında Gürcüstanın İctimai İşlər İnstitutunun (GIPA) Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulunu elan edir. Səfirlikdən  verilən məlumata görə, proqram üzrə dərslər ABŞ, Avropa İttifaqı, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram Birləşmiş Ştatların Dövlət Departamenti tərəfindən […]

Fazil Mustafa: – Gürcüstandakı soydaşlarımızın Azərbaycan ali məktəblərində ödənişsiz təhsil alması çox yaxşı olar

Gürcüstanda yaşayan soydaşlarımız ödənişsiz təhsil ala biləcək. Bu yenilik dini təhsilə aiddir. Söhbət Gürcüstan müsəlmanlarının Azərbaycanda ödənişsiz dini təhsil almasından gedir. Bu xəbər sosial şəbəkələrdə yayıldıqda xeyli istifadəçi tərəfindən bəyənildi. Əksəriyyət belə zənn etdi ki, məsələ Azərbaycan təhsil müəssisələrində Gürcüstan azərbaycanlılarına ayrılacaq dövlət əsaslı, ödənişsiz təhsilə ayrılan kvotanın artırılmasından gedir. Lakin sonra məlum oldu ki, […]

2906 müəllim müddətsiz müqavilə ilə işləmək barədə müraciət edib

Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsi başa çatıb. Mektebgushesi.az -ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib. O bildirib ki, müsabiqədə iştirak etmək üçün 2906 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 1000 nəfəri öz ərizəsini təsdiq edib. M. Camalzadə qeyd edib ki, […]

BDU-də futzal üzrə respublika birinciliyi başlayıb

Aprelin 5-də Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin açılış mərasimi keçirilib. Mektebgushesi.az ONA- ya istinadən  xəbər verir ki, yarışda respublikanın bölgələrində gələn kollektivlərlə birlikdə 32 komanda və 600-ə yaxın tələbə iştirak edib.  Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və […]

Bakıda avtomobilin vurduğu tələbə ölüb

Texniki universitetin III kurs tələbəsi Şaxbazlı İlkin Bəxtiyar oğlu dünyasını dəyişib.   Mektebgushesi.az ONA -ya istinadən xəbər verir ki, avtomobilin vurduğu tələbə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.   Qeyd edək ki, İ. Şaxbazlı dünən gündüz saatlarında oxuduğu institutdan çıxaraq öz avtomobilinə minmək istəyib və bu zaman onu “Chrysler” markalı […]

Zoologiya İnstitutunun direktoru quşların adını niyə dəyişdirdiklərini əsaslandırıb

Mektebgushesi.az Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifovun ONA-ya müsahibəsini təqdim edir: – Zoologiya İnstitutu bəzi quş növlərinin adının dəyişdirilməsi qərarına gəlib. Bu ehtiyac nədən yaranıb? – Əvvəla, onu deyim ki, quşların adının dəyişdirilməsi xəbəri tam doğru deyil. Bizə Milli Elmlər Akademiyası tərəfindən milli informasiya sisteminin yaradılması tövsiyə edilib. Bununla əlaqədar olaraq milli faunamızın inventarizasiyasını […]

Boyukagha Mikayilli – Girne: the sound of the ancient time

To get acquainted with Girne I could have a chance only after four days I had been in Northern Cyprus. Girne is the city having old and rich history. In order to feel and to know it you must walk on its streets step by step, you must visit to the sources which immortalize its […]

Məktəblilər Aprel Şəhidi Nurəddin Mirzəyevin məzarını ziyarət etdilər

Aprelin 5-də Yardımlı rayonu Ə.H.Mirzəyev adına Honuba kənd tam orta məktəbinin müəllim və şagirdləri şanlı Aprel zəfərinin üçüncü ildönümü münasibəti ilə izdihamlı yürüş keçiriblər. Məktəblilər əllərində üçrəngli Azərbaycan bayrağı ilə vətənpərvər şüarlar səsləndirərək müəllimləriylə birgə Honuba kənd yuxarı məzarlığına gəlib Yardımlının və Honuba kəndinin fəxri, elin qürur yeri və Honuba məktəbinin yetirməsi olan Aprel Şəhidi […]

Nazim Nəsrəddinov – Qori müəllimlər seminariyasini bitirən ilk üç Azərbaycanlidan biri – Şuşali Səfərəli bəy Vəlibəyov

Etiket:   İik müxbirlərimizdən biri, seminariya məzunu, oxu kitabı, dərslik müəllifi, yeni üsullu təlim metodları, “Ziyayi -Qafqasiyyə” adlı  həftəlik qəzet, “Tərcüman” qəzeti, türkdilli  təhsil, maarifçi, Səid Ünsizadə, İsmayıl  bəy Qaspıralı, Bağçasaray, tərcüməçi. O, İlk təhsilini mollaxanada və Şuşa şəhər məktəbində almışdır.Görkəmli maarif xadimi, pedaqoq S.Vəlibəyov III dərəcəli Müqəddəs Anna ordeniilə təltif olunmuşdur. (1856, Şuşa – 31.08.1902, Bakı) […]