Qax rayonunda bədbaxt hadisə baş verib. 

Mektebgushesi.az xəbər verir ki, ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qapçay kəndinin inzibati ərazisində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Xəlil Ramiz oğlu Babayev ailəsinə məxsus mal-qaranı axtaran zaman qəfildən yıxılıb.

Bu zaman onun sol əlinin baş barmağından ilan sancıb. X. Babayev yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssəsindən  bildirlib ki, X. Babayevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir.
 

Bənzər yazılar