Hörmətli oxucular, mən sizlərə Quba rayon Bağbanlı qəsəbə R. Mütəllimov adına tam orta məktəbinin şagirdlərinin təhsil sahəsində qazandığı uğurlardan söz açmaq istəyirəm. Şagirdlərimizin qazandığı bu uğurlar müəllimlərimizin gərgin və fədakar əməyi sayəsində mümkün olmuşdur. Sizləri məktəbimizin bu uğurları ilə tanış etmək istəyirəm.
2016-2017-ci tədris ili: 15 məzunumuzdan 10-u qəbul imtahanlarında iştirak etdi və 9-u aşağıdakı ballarla ali məktəblərə qəbul oldular:

1. Məmmədova Aysel – 568 bal

2. İsmixanov Sahbala – 413 bal

3. İsmixanova Aytac – 377 bal

4. Mustafayev Nicat – 375 bal

5. Əlişanova Asiman – 364 bal

6. Məmmədov Fərud – 320 bal

7. Dəmirqayayeva Gülnisə – 287 bal

 8. İsmixanov İsmayıl – 227 bal

9. Məmmədov Nurulla – Türkiyə Uludağ Universiteti.

2017-2018-ci tədris ili: 23 məzunumuzdan 14-ü qəbul imtahanlarında iştirak etdi və 14-ü aşağıdakı ballarla müxtəlif ali məktəblərə qəbul oldular:

1. İsmixanova Aysel – 652 bal

 2. Eyvazov Sərvan – 570 bal

3. Comərdova Səidə – 569 bal

4. Hömmətov Ülfət – 558 bal

 5. Mustafayev İlqar – 415 bal

6. Əliyarova Nuranə – V qrup Gəncə Tex. Un.

7. Mahmudova Məhsəti – 385 bal

8. Məmmədov Söhbət – 320 bal

 9. Mütəllimov Ülvi – 312 bal

10. Qocayev Məhəmməd – 303 bal

 11. Həsənova Çahnaz – 285 bal

12. Əhmədov Vəsmurad – 278 bal

13. Məmmədov Mahmud – 207 bal

14. Mədətov Emin – Türkiyə Univ.

 Əlbəttə ki,bu deyilənləri bir kənd məktəbi üçün uğurlu hesab etmək olar. Mən bu yazımda uğurlarımızı hansı şəraitdə qazandığımızı sizlərin diqqətinə çatdırmağa şalışacağam.

Məktəbimiz 1968-ci ildə tikilib və 170 şafgirdin təhsil alması üçün nəzərdə tutulub. Hal-hazırda isə məktəbimizdə 280 şagird təhsil alır. Bu da nəzərdə tutulduğundan 110 şagird çoxdur. Bəs biz bu əlavə 110 şagirdi sinif otaqları ilə necə təmin etmişik? Şagirdlərimizi sinif otaqları ilə təmin etmək üçün öz imkanlarımız hesabına məktəbimizdə etdiyimiz dəyişiklikləri aşağıdakı ardıcıllıqla sizlərin diqqətinə çatdırmağa çalışacağam. 1. Məktəbdə yeməkxana üçün nəzərdə tutulmuş otağı iki yerə ayırıb bir hissəsinə kitabxana, digər hissəsinə də sinuif otağı yerləşdirmişik 2. İdman zalının duşxana və tualeti üçün nəzərdə tutulmuş otaqları sökülərək sinif otağına uyğunlaşdırılmışdır. 3. Məktəbimizdə tualet üçün nəzərdə tutulmuş daha iki otaq: birində direktor otağı, digərində UBT-nin otağı yerləşdirilmişdir 4. Məktəbin əsas giriş qapısıni bağlayaraq həmin hissədə sinif otağı yaratmışıq 5. Daha iki digər yardımçı otaqlardan sinif otaqları kimi istifadə olunur. Bir də nəzərə alsaq ki, məktəbimiz qəzalı vəziyyətdədir və keçən bu müddət ərzində heç bir dəfə də əsaslı təmir olunmayıb. Ola bilsin ki, bu deyilənlər barədə aidiyyatı orqanlara vaxtında məlumət verilsəydi bəlkə də belə bir sonluğa gəlib çıxmazdı. Burda bir az da özümüzü günahkar hesab edirik. Amma biz müəllimlər şəraitimizin necə olmasından asılı olmayaraq var qüvvəmizlə çalışmaqda davam edirik və ümid edirik ki, nə vaxtsa bizim məktəblə də ciddi maraqlananlar olacaq.


Ə.Məmmədov

Quba rayon Bağbanlı qəsəbə R. Mütəllimov adına tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Bənzər yazılar