Bu gün ADA Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının 95 illik yubileyi ərəfəsində “1 əsrlik tarixə malik Azərbaycan məktəbi jurnalının yeni formatda və üslubda nəşri və əldə edilən uğurlar” mövzusunda elmi – praktiki seminar keçirildi.

Seminarı giriş sözü ilə açan ADA Universitetinin rektor köməkçisi Dr. Vəfa Kazdal jurnalın əməkdaşları ilə görüşdən məmnunluğunu bildirərək qeyd etdi ki, bizə doğma olan jurnalın “Azerbaijan Journal of Educational Studies” adı altında dünyaya çıxması və beynəlxalq reytinqlərdə yer tutması təqdirəlayiq haldır. Sonra söz Jurnalın Baş redaktoru Dr. Rahil Nəcəfə verildi. Rahil Nəcəf Jurnalın yaranma zərurətindən keçdiyi inkişaf yolundan qısa məlumat verdi, hazırkı uğurlardan və beynəlxalq indekslərə üzvlükdən söhbət açdı. Rahil Nəcəf bildirdi ki, jurnal #WebofScience yolunda sürətlə irəliləyir və artıq Jurnalın elektron istinad bazası hazırdır. On minlərlə məqalə Jurnalın arxivində yerləşdirilir və #GoogleSchoolar #eLibraryru #SOBIAD #EBSCO və onlarla indeks qurumları tərəfindən indekslənməkdədir. Ötən bir il ərzində Təhsil Nazirliyinin dəstəyi ilə yenidən nəfəs verilən jurnalın fəaliyyət mexanizmi və inkişaf stretgiyası tamamilə yenilənmiş və müasir elmi standartlar tətbiq olunmağa başlamışdır. Sonra Redaktor müavini Nəsrəddin Musayev Jurnalın yaranması və keçdiyi keşməkeşli yollardan söhbət açdı, onlarla dünyaşöhrətli alimin məqalə müəllifləri olduğunu sadadı.

Keçmiş SSRİ məkanında ilk dəfə “Azərbaycan məktəbi” nin səkkiz adda müxtəlif əlavələrinin olduğunu qeyd etdi. Şöbə müdiri Böyükağa Mikayıllı məqalələrin yeni standartlarını sadaladı, #SOBIAD la aparılan elmi əməkdaşlıqdan və jurnalların beynəxalq reytinqindən, indekslərdən geniş söhbət açdı. Təhsil eksperti Nadir İsrafilov öz təkliflərini bildirdi, Jurnalın əməkdaşlarına uğurlar arzulayaraq qeyd etdi ki, Jurnalın bu yeni uğurları olduqca sevindirici haldır.

İlk dəfə 1974-cü ildə “Azərbaycan məktəbi” jurnalında elmi məqaləsini nəşr edən qocaman təhsil mütəxəssisi jurnalın qarşıya qoyduğu məqsədə nail ola biləcəyindən əminliyini bildirdi. Sonda Dr. Ülviyyə xanım Mikayılova öz fikirlərini bildirdi, jurnala uğurlar arzuladı və magistr, doktorantlara maraqlı müzakirə oldu və Jurnalın redaksiya heyəti ADA Universitetinə və Dr. Vəfa xanım Kazdala səmimi keçən görüş üçün öz minnətdarlıqlarını bildirdilər.

Mektebgushesi.az

Bənzər yazılar