Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, tarix üzrə fəlsəfə doktoru, dosent Rəna Məmmədova və İradə Vəzirova Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin təşkil etdiyi “Asiya və Afrika ölkələrinin tarixşünaslığı və mənbəşünaslığı” mövzusunda XXX beynəlxalq konqresdə iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, şərqşünas alim, akademik Vasili Bartoldun 150 illik yubileyinə həsr olunan beynəlxalq tədbirdə Azərbaycan alimlərinin “Kərbəlayi Təbrizi Dərvişin “Cənnətül cünal” təzkirəsi Təbriz tarixinin öyrənilməsi üçün etibarlı mənbə kimi”, “Nadir Şah Əfşarın ordusundakı silahlanma və hərb sənəti haqqında mənbələr”, “Seyid Yəhya Şirvani Bakuvinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan “Resayel” məcmuəsindəki traktatları” mövzularında məruzələri dinlənilib.

Tədbirin sonunda Azərbaycan alimlərinə sertifikatlar təqdim olunub.

Bənzər yazılar