Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, cəmiyyətin sədri Mamuka Gogitidze və sədr müavini Giorgi Bejitaşvili tərəfindən təqdim edilən üzvlük diplomunda Səbuhi Əhmədovun Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi səylər xüsusi qeyd olunub.

Azərbaycanın hərb tarixinə həsr olunmuş bir sıra nəşrlərin müəllifi olan Səbuhi Əhmədov, həmçinin XIX-XX əsrin əvvəllərində Azərbaycan milli hərbi hissələrinin yaradılmasında azərbaycanlılarla bərabər fəaliyyət göstərmiş digər millətlərin nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi, eləcə də Qafqaz silahlarının tədqiqi ilə bağlı yazıların müəllifidir.

Bənzər yazılar