Noyabrın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri olan Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Mektebgushesi.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında Bakı Dövlət Universitetinin misilsiz xidmətləri olduğunu qeyd edib.

BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini bildirib.

Digər çıxış edənlər də Azərbaycan elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında BDU-nun böyük xidməti olduğunu diqqətə çatdırıblar.

Bənzər yazılar