Dövlət İmtahan Mərkəzi (DİM) və otk.az portalı yeni onlayn sınaq imtahanlarına start verəcək.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Lent.az -a DİM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 25-dən otk.az portalında qeydiyyatdan keçib aşağıdakı yeni onlayn imtahanlara yazılıb istədiyiniz vaxt imtahan vermək mümkündür: IX sinif buraxılış imtahanı (I və II mərhələ)- IX sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı
– XI sinif buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi)
– XI sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı

Qeyd edək ki, buraxılış imtahanları Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulub. İmtahanlar tədris proqramının yanvar ayına kimi olan hissəsini əhatə edir.

Bənzər yazılar