Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, YAP Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “LİBRA” kitab nəşriyyatının baş sponsroluğu ilə respublikada ilk dəfə keçirilən “Müəllimlər arasında İxtisas Olimpidası” nın ADU mərhələsini keçirilib.

III və IV kursda pedaqoji ixtisas üzrə təhsil alan tələbələr olimpiada da öz biliklərini yoxlayıblar. İxtisaslarına dərindən yiyələnən gələcəyin müəllimləri aktivlikləri ilə yadda qalıblar.

Qeyd edək ki, dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrlə yanaşı hazırda işləyən və yaxud da ixtisası müəllimlik olan şəxslər öz bilikərini yoxlayacaqlar.

Respublikamızı əhatə edəcək layihənın növbəti mərhələsi Sumqayıtda, Lənkəran və Gəncə şəhərlərində təşkil olunacaq. 9 ixtisas üzrə keçiriləcək olimpiadada 500 nəfərə qədər şəxs final mərhələsinə vəsiqə qazanacaq. Sonuncu turdan sonra qaliblərə BAKU ELEKTRONİKS-dən qiymətli hədiyələr, ACER-dən noutbuklar, ən yüksək nəticə göstərən şəxsəES TRAVEL-dən səyahət biletləri, TAİM-dən təhsil güzəştləri, İydə perfurmeriyadan brend ətirlər, Saat Store-dan brend saatlar, Nəşriyyatlarımızdan qiymətli kitablar, Nizami kino Mərkəzindən 30 nəfərə ən baxımlı filmlərə biletlər, Boranı Restoranlar şəbəkəsindən 20 nəfərə Şam yeməyi hədiyyə olunacaq. Digər sponsorlardan isə endirim kuponları və qiymətli hədiyyələr qazanacaqlar. Layihədən iştirak üçün https://taim.az/olimpiadabölməsində qeydiyyat formunu dolduraraq qeydiyyatdan keçə bilərlər.

Bənzər yazılar