Masallı Rayon Mədəniyyət Mərkəzində Cəfər Cabbarlının yaradıcılığına həsr olunmuş “Vətən gözdür, biz kirpik” adlı ədəbi-bədii kompozisiya göstərilib.

Gənc Jurnalist Prdusser Mərhəmət Lələyevin təşkilatçılığı ilə baş tutan tədbir Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı orta məktəbinin və Bədəlan kənd orta məktəbinin istedadlı şagirdlərinin iştirakı ilə hazırlanıb. Tədbirdə  Masallı RTŞ- nin əməkdaşları Bəybala Xəlilov, Minəvyər Əzimova və Əyyar Bürhanov Masallı Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sədri Məmmədağa Şiriyev    Masallı Tarix-Diyarşunaslıq  Muzeyinin Rəhbəri Əntiqə Tağıyeva Rəssam Azər Xankişiyev Masallı  Rayon Uşaq Gənclər Şahmat məktəbindən  Əlifağa Yaqubov  Famil Fərman  İctimai Nəzarət Koalisiyasının Masallı Rayon Nümayəndəsi Afər Cahangirov İştirak etmişdir. 

Tədbirdə saz ifaçısı Azad, tar ifaçısı Məhbub Şüküroğlu, xanəndə Mahmud Abbasov rəngarəng çıxışlar etmişdir. Kompozasiyanın rejisoru Cavid Quliyev, rəssamı Təhmasib Məcidli, ssenari müəllifi Faiq Mirzə, səhnə tərtibatı vidoqraf Elsevər Əliyev, təşkilatçısı Masallı Xalq Teatrının baş prodüsseri, “Masallının səsi” ictimai-siyasi internet qəzetinin baş redaktoru Mərhəmət Lələyevdir. Tədbirdə çıxış edən rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov, şəhər 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizova və təhsil şöbəsinin əməkdaşı Münəvvər Əzimova kompozisiyaya görə iştirakçılara və yaradıcı qrupa öz dərin minnətdarlıqlarını bildirdilər.

Bənzər yazılar