Muasir cəmiyyətdə şagirdlərə elm, bilik öyrətməklə yanaşı şagird şəxsiyyətinin hərtərəfli inkişafı biz təhsilverənlər üçün prioritet məsələ olmalıdır .Elə başa düşürük ki, təlim prosesinin siniflərdən daha çox əyaniliyə doğru inteqrasiyası bir çox fənlərin tədrisində müsbət nəticələr verə bilər. Bu həm də gələcəkdə şagirdlərə sənət – peşə seçməkdə də yardımçı olar.

Buğun qonağı olduğumuz Lənkəran Peşə Liseyi ilə fikirlərimizin üst-üstə düşməsi apardığımız müzakırələr və əldə etdiyimiz razılaşmalarla yadda qaldı. Qeyd etməliyik ki, məqsədimiz artıq dərs ilinin ikinci yarımilindən etibarən ayrı-ayrı məktəblərimizin VII-VIII sinif şagirdləri üçün tərtib olunmuş plan qrafiklərə əsasən həftə ərzində 2 saat olmaqla biologiya və texnologiya fənlərinin Peşə Liseyinin maddi texniki bazasından istifadə etməklə qarşılıqlı şəkildə tədrisidir.

Bənzər yazılar