ABŞ-ın Florida Universitetinin professoru, azərbaycanlı alim Nazim Muradov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olub.

NKPİ-dən bildirilib ki, Nazim Muradov institutun direktoru, akademik Vaqif Abbasov, elmi işlər üzrə direktor müavini Təranə Məmmədova və baş elmi işçi Elmira Süleymanova ilə görüşüb. Görüşdə hidrogen enerjisi, biokütlənin sərbəst halda və ağır neft qalıqları ilə birgə müasir emal texnologiyaları üzrə ətraflı müzakirələr aparılıb və əməkdaşlıq haqqında perspektivlər nəzərdən keçirilib.

Qeyd edək ki, adıçəkilən professor Florida Universitetində 20 ildən çoxdur fəaliyyət göstərir və dünyanın bir çox ali məktəblərində hidrogen energetikasına dair mühazirələrlə çıxış edib. N.Muradov 1990-cı ilədək NKPİ-də çalışıb.

Bənzər yazılar