Anası hər zaman Səidəyə telefonla çox oynadığı üçün əsəbiləşirdi. Səidə isə mobil oyunları çox sevdiyi üçün oynamağa davam edirdi. O demək deyil ki, Səidə yalnız telefonla oynayır. Xeyr, o dərslərində əlaçıdır, sadəcə boş vaxtlarında dostları ilə video-oyunlar oynamağı sevir. Hətta bunun sayəsində o, özünə yeni dostlar belə tapıb.

Ən çox sevdiyi yeni dostu isə Səbinədir. Boş vaxtının çoxunu Səbinə ilə oynayaraq keçirir. Ancaq Səbinə uşaqlıqdan bəri eşitmə əngəlli olduğu üçün onlar yazışaraq əlaqə saxlayırlar. Buna baxmayaraq, Səidə Səbinə ilə üz-üzə vaxt keçirib oyunlar oynamaq istəyir.

Bir gün yenə anası Səbinənin video-oyun oynadığını düşünüb ona oyunu bititməsini tapşırmaq üçün otağına gedir. İçəri girdikdə Səidənin internetdə nə isə araşdırdığını görüb soruşur:

– Nə edirsən?

– Ana, bilirsən ki, Səbinə eşitmə əngəllidir. Ona görə də biz sadəcə yazışaraq əlaqə saxlayırıq. Bir həftə sonra isə mənim ad günümdür. Və mən onun da ad günümə gəlib  bizimlə oynamağını istəyirəm. Amma bunun üçün mən onunla eyni dili öyrənməliyəm.

– Hansı dili, qızım?

– Jest və mimikalar.

– Yaxşı fikirdir, qızım. Sevgiyə əngəl yoxdur, sözsüz də anlamaq olar. Amma gərək dostların da bunu öyrənsin ki, Səidə özünü rahat hiss etsin.

– Haqlısan, ana. Mən indi hamısına xəbər edəcəm k, mütləq jest və mimikaların mənasını öyrənib gəlsinlər.

Səbinə və dostları jest və mimikalardan necə istifadə etməli olduğunu öyrənirlər. Bir həftə sonra isə artıq onlar ad günündə Səidə ilə çox əyləncəli vaxt keçirərlər.

Humay Nəhmətli

 

 

 

 

Bənzər yazılar