2, 5 və  6-cı  siniflərdə  “MÜLKİ  MÜDAFİƏ”  FƏNNİN  TƏDRİSİNDƏ

       MƏKTƏB  HƏRBİ  RƏHBƏRİNİN  ÜZƏRİNƏ  DÜŞƏN  VƏZİFƏLƏR

                       Bir  hadisənin   qarşısını  almaq, o hadisə  baş 

                  verəndən sonra onun  nəticələrini  aradan

                  götürməkdən  daha  asandır.

                                                                     Heydər  Əliyev,

                                                           Azərbaycan  xalqının  Ümummilli  Lideri

     Müsair   dövrdə     durmadan   artıb  genişlənən  fövqəladə halların  törət- dikləri  fəlakət  və  itkilərin   miqyası,  hətta   regional  və   qlobal   müharibələ- rin  nəticələrindən də  yüksəkdir.Ona görə də   bütün   əhalinin, o cümlədən   təhsilalanların  müxtəlif   kontekstlərdə, o cümlədən  fövqəladə hallar zamanı  təhlükəsiz  davranış qaydaları ilə  bağlı bilik və  bacarıqların  davamlı şəkildə   təkmilləşdirilməsi və  inkişaf etdirilməsi  xüsusi aktuallıq  kəsb  edir.

Mülki müdafiənin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin  1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarına  əsasən fövqəla- də hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması mülki müdafiənin əsas vəzifələrindən biri hesab edilməklə fövqəladə   hadisələrdən  müdafiəyə respublikanın bütün əhalisi hazırlanır.Bu zaman 6-17 yaşlı şəxslərə — sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən mühafizə üsulları, 17 yaşından yuxarı şəxslərə isə, bundan əlavə belə hadisələrin nəticələrini aradan qaldır- maq üzrə fəaliyyət qaydaları da öyrədilir.

Qərarın  5.9. bəndinə  əsasən Ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və digər təhsil müəssisələrinin 10 — 11 sinif şagirdlərinə, tələbələrinə mülki müdafiə “Gənclərin ibtidai hərbi hazırlıq proqramı”(“Çağırışaqədərki  hazırlıq”-R.Ə.)na bölmə kimi daxil edilir və proqramda nəzərdə tutulan miqdarda hərbi rəhbər tərəfindən tədris olunur.  Mülki müdafiə fənni 2-ci sinifdə 6 saat, 5 və   6-cı siniflərdə isə  8 saat tədris olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif rəhbərləri tərəfindən tədris olunur.

Mülki müdafiəni tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli mülki müdafiə qərargahlarının nəzdində 3 günlük kurs keçirlər.”Mülki müdafiə” dərs- ləri  keçilməyən 3 və 4, eləcə də  7-8-cu(7-9cu-R.Ə.) siniflərdə  əvvəlki siniflərdə   öyrənilmiş  vərdişlərin  sinifdənxaric   və   məktəbdənkənar  tədbirlər  vasitəsilə   təkmilləşdirilməsi  də nəzərdə  tutulur.

10-11 siniflərdə   “Çağırışaqədərki  hazırlıq”  fənninin  proqramına  əsasən  mülki  müdafiədən  tədris  aparan  məktəb  hərbi rəhbəri  aşağı siniflərdə  sinif rəhbərləri  tərəfindən  tədris  olunması  nəzərdə  tutulmuş  “Mükii  müdafiə”  fənni  üzrə  tədrisin  təşkilinə  görə  də  məsuliyyət və  vəzifə  öhdəliyi  daşıyır.

Belə  ki,  1999-cu  ildə  nəşr  edilmiş  ÜMUMTƏHSİL  MƏKTƏBLƏRİNİN   2, 5  VƏ  6-CI SİNİFLƏRİ   ÜÇÜN  “MÜLKİ  MÜDAFİƏ” FƏNNİNİN  P R O Q R A M I-nın  “T Ə Ş K İ L A T İ-M E T O D İ K  G Ö S T Ə R İ Ş L Ə R”   bölməsində  bu  sahədə  hərbi  rəhbərin  vəzifələri  ilə  əlaqədar  aşağıdakı  tövsiyələr  verilmişdir:

    Hər  bir  mövzu  üzrə  məşğələ  ərəfəsində  məktəbin  hərbi  rəhbəri qısa  təlimat  versə  daha  yaxşı olar.Məşğələlərdə  hansı  mülki müdafiə  avadan- lığından, diafilmlərdən, texniki  təlim  vasitələrindən  necə  istifadə  etmək  barədə  daha  təcrübəli mütəxəssisin  məsləhətləri müəllimlərin  bu  sahədəki  işini  xeyli  yüngülləşdirir.

    Məktəbdə  hərbi  rəhbər tərəfindən hər bir  mövzu  üçün, heç olmasa, mini- mum  əyani  vəsaitlər  dəsti  yaradılmalı,ondan  müxtəlif  siniflərdə  istifadə  edilməsi  ardıcıllığı dərs  cədvəllərindən  asılı olaraq müəyyən  edilməlidir.

Proqramda  hərbi  rəhbərin  aşağı  siniflərdə  tədris  edilən  “Mülki  müdafiə”  fənninin   tədrisinin  təşkilində və  aparılmasında   bilavasitə  iştirakı  “Çağırışa- qədərki  hazırlıq”  fənninin  daha  səmərəli  təşkili  üçün  bünövrə  rolunu  oyna- ya  biləcəyi də  əsaslandırılmışdır:

    Aşağı siniflərdə mülki  müdafiə  məşğələləri aparılarkən nəzərə  alınmalıdır  ki,bu  mühafizə  məsələlərilə, geniş mənada  isə, hərb  işinin,ən bəsit də olsa, ünsürlərilə ilk tanışlığıdır.Burada şagirdlərdə müəyyən anlayışlar  verməklə  bərabər,onlarda  bu  işə  tədricən maraq, həvəs  yaradılması,sonra  isə  baca- rıq  və vərdişlər aşılanması yuxarı  siniflərdə keçirilən ibtidai  hərbi  hazırlığın (çağırışaqədərki  hazırlığın-R.Ə.)  keyfiyyətinə  müsbət  təsir göstərər, bütün  bunlar  isə  məktəblilərin  ümumi  hərbi-vətənpərvərlik  tərbiyəsi  üçün  də  son  dərəcə  əhəmiyyətlidir.

Nəzərə alsaq ki,  “Mülki  müdafiə”  fənni  üzrə   2,5 və  6-cı  siniflər  üçün  son  proqram  1996-cı ildə  təsdiq  olunaraq  1999-cu  ildə  nəşr  olunub(4000 nüsxə) və  bu günə  kimi  yenidən  işlənərək  təkmilləşdirilməyib   və  2,5 və  6-cı  sinif- lər  üçün   son   proqram   əsasında   metodik  vəsaitlər   hazırlanmayıb, ”Mülki  müdafiə”  fənninin  tədris  olunmadığı  3-4, 7-9-cu  siniflər  üçün  də   sinifdən- xaric( eləcə də  məktəbdənkənar)  məşğələ və  tədbirlər  üçün  konkret  plan- laşdırma  nümunələri  mövcud  deyil   problemin   ciddiliyi   daha  da   aktualla- şır. Təhsilalanların   bütün   təhsil   pillələrində   mülki  müdafiəyə   dair  biliklə- rə  mükəmməl   yiyələnməsi  və  fövqəladə   hallar   zamanı  təhlükəsiz davranış   bacarıqları  əldə   etmələri  üçün   mükəmməl  tədris-metodiki   bazaya, müasir  tədris  resurslarına  malik  olmaq   zərurəti  ortaya   çıxır.24 il  bundan  əvvəl(?!-R.Ə.)  hazırlanmış  bu  proqram  bu  günün  tələblərinə   cavab  vermir, ciddi   redaktəyə  və  təkmilləşdirilməyə  ehtiyacı  var, bu  sahədə  hərbi  rəhbərin  üzərinə  daha  böyük  bir  mütəxəssis öhdəliyi  də  düşür.

Müasir  dövrdə  fövqəladə  hallarının  miqyasının  genişlənməsi  və  xarakteri- nin  dəyişilməsi  “Mülki  müdafiə” fənninin  aşağı  siniflərdə  daha  ciddi, müasir  tələblərə  uyğun  tədrisini  gündəmə  gətirir.

Yaxşı  olardı  ki, bu  məqsədlə  hərbi  rəhbərlərin  iştirakı  ilə  məktəblərdə  “MÜLKİ  MÜDAFİƏ”-üzrə  tədris-metodika  kabineti  təşkil  edilsin, bu  fənnin  tədrisi  ilə  bağlı  hər  cür  resurs,o cümlədən  elektron  resurslar  dəsti   burada  toplansın.

Hər   bir  hərbi  rəhbər  ilk  öncə,  2,5 və  6-cı  siniflərdə  “Mülki  müdafiə”  fənninin  tədrisi  üçün,köhnə  də  olsa,  mövcud  proqram  əsasında  təkmilləş- dirilmiş  planlaşdırma  nümunələri tərtib  etməli, hər  bir  mövzu  üçün  resurs- lar  müəyyənləşdirməli, eləcə  də  elekrton  resurs  nümunələri(PPT)hazırlamalı, tədrisi  aparacaq  fənn  müəllimini  təlimatlandırmalı  və  ona  metodiki  dəstək  göstərməlidir.

Yaxşı  olar  ki,  hərbi  rəhbər  bu  dərslərin  təşkili  və  tədrisinə də  mütəxəssis  kimi  rəhbərlik  və  nəzarət  etsin.

Fənnin   tədrisi  tam  başa  çatıqdan  sonra  əldə  edilmiş  bilik  və  bacarıqla- rın  nəticələrini  yoxlamaq  üçün monitorinqlər  də  keçirilməsi  məqsədəuyğun-dur. Bu  zaman  əsas  diqqət  praktiki  vərdişlərin  formalaşdırılması  nəticələri -nə  yönəldilməli, davranış  qaydaları  və  normativləri  praktiki  icrası  yoxlanma- lıdır.

“Mülki  müdafiə” fənni  keçilməyən  3-4,  eləcə  də  7-9-cu  siniflər  üçün  nə- zərdə  tutulmuş  sinifdənxaric  məşğələlər  üçün  də   planlaşdırma  hazırlamaq   da   hərbi  rəhbərin  vəzifə   öhdəliyi  ola  bilər.2-9-cu  siniflərdə  “Mülki müda- fiə”  fənni   və   sinifdənxariş  məşğələlərin   düzgün   təşkili  hərbi  rəhbərin  10-11-ci   siniflərdə  tədris  etdiyi   “Çağırışaqədərki   hazırlıq”  fənninin  tədris  key- fiyyətinin  yüksəldilməsi,  eləcə də  zəruri  kompitensiyaların   əldə  edilməsi  üçün  çox  ciddi  zəmin  hazırlaya  bilər.

Unutmayaq  ki,  mülki   müdafiə  ümumxalq  işidir, mülki  müdafiə  ilə  bağlı  bilik  və   bacarıqlar  hamıya   tələblər  səviyyəsində  öyrədilməli, hər  kəs  zəruri  davranış  qaydaları  ilə  bacarıqlara  mükəmməl  yiyələnməlidir:  bunun  əsası  isə   ümumtəhsil   məktəblərindən   başlanır.

                                                                                                   

                                                     Rəfail   Əliyev,

Əməkdar  müəllim,istefada  olan  zabit-baş  leytenant,

“Ən yaxşı  müəllim”  Respublika Müsabiqəsinin, “Təhsildə

inkişaf  və  innovasiyalar  üzrə  II  qrant   müsabiqəsinin

qalibi,  “Çağırışaqədərki  hazırlıq”   fənni   üzrə  tədris

proqramlarının  həmmüəllifi

 

Bənzər yazılar