Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatlar verilir.

BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 40 016, XI siniflərini 26 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirib.

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

Bənzər yazılar