Elm və təhsil naziri Emin Əmrullayev Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında əmr imzalayıb. 

Universitetdən Mektebgushesi.az-a bildirilib ki, əmrə əsasən, 126 şagird  qızıl, 95 şagird  isə gümüş nişanla təltif olunub

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş medala layiq görülüb. Liseyin şagirdləri Misir Hüseynli, İlqarə Yusifzadə, Ayşan Hacıyeva, Nəzrin İsmayılova, Fidan Əhmədova, Salman Vahabov, Murad Novruzov qızıl, Raul Mahmudov və Fərhad Kərimbəyli isə gümüş nişanla təltif olunublar.  

Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq. 

Bənzər yazılar