Bakı Dövlət Universitetinin (BDU) “Gənc istedadlar” liseyinin VII sinif şagirdi Sulduz Hacıyev  və VI sinif şagirdi Yunus Mehraliyev 6-13 avqust tarixində IMEC Riyaziyyat Olimpiadasının (IMEC – International Mathematics Olympiad) qlobal turunda işirak ediblər. Sulduz Hacıyev qızıl, Yunus Mehraliyev isə gümüş medala layiq görülüb.

 İngiltərənin London şəhərində yerləşən Harrov məktəbində keçirilən olimpiada IMEC Komitəsi tərəfindən təşkil edilib. IMEC Olimpiadası bütün şagirdlər üçün əlçatan olan qlobal bir yarışma yaratmağı hədəfləyir. IMEC Riyaziyyat olimpiadası şagirdlərə İngiltərə Universitetlərinə qəbul olmaq şansı verir.

Şagirdlərimizi təbrik edir və uğurlar arzulayırıq!

Bənzər yazılar