Martın 14-də  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Biznes Universitetinin (BBU) rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tədris departamentinin direktoru, dosent Sənan Əliyev, Təlim-Tədris Mərkəzinin müdiri Xalidə Həmidova, eləcə də Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, tədris işləri üzrə prorektoru, dosent Xatirə Əzizova, beynəlxalq əlaqələr üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Eşqin Bayramov və Universitet–Sənaye iş birliyi şöbəsinin müdiri Gülşən Bayramova iştirak edib.

Ali təhsil ocaqlarında aparılan islahatlar, tədris-akademik və elmi inkişaf sahəsində əldə olunan nailiyyətlər və əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşün sonunda ADPU və BBU arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, memorandum elmi, akademik, tədris, tədqiqat sahələrində birgə layihələrin icrası, eləcə də təcrübə və akademik və tələbə heyəti mübadiləsi məsələləri üzrə əməkdaşlıq məsələlərini əhatə edir.

Görüşün sonunda qonaqlar Pedaqoji Universitetin əsas tədris binası ilə yaxından tanış olublar.

Bənzər yazılar